Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı “Bum-bum” kitabının təqdimatı baş tutub

15-12-2023 [ 15:42 ] [ oxunub:387 ]
printerA+ | A-
104085

“LIBRAFF” kitab mağazalarının “Park Akademiya” filialında “TEAS Press”in uşaq bölməsi olan “3 alma”nın təşkilatçılığı ilə “Varislərlə görüş” və “Bum-bum” kitabının təqdimatı baş tutub.

AYNA-nın xəbərinə görə, təqdimat mərasimində Azərbaycan xalqının maariflənməsində müstəsna xidmətləri olmuş klassik yazıçı və şairlərimizin nəslindən olan nüfuzlu insanlar, eyni zamanda, bu klassiklərin əsərlərinin tədqiqatçıları, “3 alma”nın müəllifləri iştirak ediblər.

“3 alma” uşaq ədəbiyyatının baş redaktoru Arzu Cəfərova tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı və “3 alma” tərəfindən ilk dəfə ayrıca kitab formasında nəşr olunan “Bum-bum” poeması da seriyanın ən yeni kitabı kimi təqdim olunub. Kitabın tərtibçisi, Vəqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və ön sözün müəllifi Aygün Bağırlı da tədbir iştirakçısı kimi kitab və görüş haqqında fikirlərini bildiiriblər.

Daha sonra tədbir iştirakçıları növbə ilə görüş haqqında təəssüratlarını və varisləri olduqları klassiklər haqqında səmimi xatirələrini bölüşüblər.

Sonda xatirə fotosu çəkdirilib.

Azərbaycan ədəbiyyatını yüksək dəyərləndirən, Azərbaycan oxucusuna ən keyfiyyətli əsərləri təqdim etməyi qarşısına məqsəd qoymuş “TEAS Press” Nəşriyyat evi bu tədbiri keçirməklə varisləri bir-biri ilə tanış etməyi və bu görüşləri ənənə halına gətirməyi planlayır. Qeyd edək ki, belə bir tədbir ilk dəfə “TEAS Press”in təşəbbüsü ilə XVIII Bakı Beynəlxalq Kitab Sərgisində baş tutmuşdu.

10 ildir fəaliyyət göstərən “TEAS Press” Nəşriyyat Evi bu illər ərzində həm uşaqlar, həm də böyüklər üçün birlikdə 900-ə yaxın kitabı oxuculara təqdim edib. Bunların arasında ən dəyərli olanlar yerli ədəbiyyatdır. Xüsusilə də klassiklərimiz. Bu seriya hər bir Azərbaycanlının evinin bəzəyi olmalı, gənclər tərəfindən oxunmalıdır.

https://ayna.az/bum-bum-teqdim-edilib

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR