Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı hazırlanacaq

10-01-2024 [ 11:53 ] [ oxunub:396 ]
printerA+ | A-
104177

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində AR Mədəniyyət Nazirliyinə AR Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Əmin Rəsulzadənin XX əsrin əvvəllərində Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərdiyini deyən akademik İsa Həbibbəyli onun publisistik, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutuduğunu bildirib.

Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə, Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

SİZƏ MARAQLI OLA BİLƏR