Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Özbəkistan universitetlərində ustad dərsləri

26-04-2024 [ 14:50 ] [ oxunub:106 ]
printerA+ | A-
104501

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bu günlərdə Özbəkistanda elmi ezamiyyətdə olub. Professor öncə Özbəkistanın Fərqanə vilayətində yerləşən Fərqanə Dövlət Universitetində keçirilən Cədidlərə həsr olunmuş konfransda iştirak edərək “İsmayıl bəy Qaspıralı və Azərbaycanda cədidçilər hərəkatı” mövzusunda məruzə edib. Əvvəlcədən planlaşdırıldığına görə universitetin filologiya fükultəsinin 1, 2, 3 və 4-cü kurs tələbələrinə və magistrlərə müxtəlif mövzularda mühazirələr oxuyub. Onun oxuduğu “Türk dünyasında modernləşmə hərəkatı”, “Özbək cədidçiləri və
Azərbaycan maarifçilərinin ortaq cəhətləri”, “İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik formulu yeni dönəmdə”, “Ədəbiyyat və repressiya; sovet mexanizminin ədəbiyyata nəzarət mexanizmlərinin gerçəklikləri” mühazirələri tələbələr və magistrlər tərəfindən maraqla qarşılanıb. Konfransda Türkiyədən və Özbəkistanın müxtəlif universitetlərindən alimlər iştirak edib.
Professor Bədirxan Əhmədli Özbəkistan Milli Universitetinin rektor yardımçısı Həmidulla Baltabayevin dəvətilə Universitetin filologiya fakultəsində “Türkçülüyün üçlü formulu” mövzusunda mühazirə oxuyub. Mühazirədə universitetin müəllimləri də iştirak edib. Mühazirədən sonra mövzu ilə bağlı çoxlu  suallar verilib.
Professor Bədirxan Əhmədli hər iki universitetlə türk dünyasının inteqrasiyası mövzusunda bundan sonra da yeni mühazirələrin oxunması ilə bağlı razılığa gəlib.

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR