Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Abdulla Şaiqin “Türk çələngi” kitabının təqdimat mərasimi keçirilib

23-04-2024 [ 16:12 ] [ oxunub:191 ]
printerA+ | A-
104484

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Bildirib ki, “bu gün Azərbaycan ictimai həyatında müstəsna xidmətləri olan Abdulla Şaiqin adına toplaşmışıq. Abdulla Şaiqin Azərbaycan Xalq Cümhuriyyəti dövründə  tərtib etdiyi “Türk çələngi” dərsliyinin yenidən nəşrinin təqdimatıdır. Azərbaycan maarifçi hərəkatının inkişafında da Abdulla Şaiq böyük rol oynayıb. Abdulla Şaiqin Azərbaycan ədəbiyyatı tarixində, Azərbaycan pedaqoji fikrinin inkişafında yeri və rolu danılmazdır. Həm XX əsrin əvvəllərində Cümhuriyyətimizin qurulmasında, həm də Azərbaycanın yenidən müstəqilliyinin qazanılmasında maarifçilərin xidmətləri böyükdür. Bu xidmətlərdən biri də təqdimatına toplaşdığımız kitabdır”.

Sonra Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə giriş nitqi söyləyib. Ülkər Talıbzadə çıxışında Abdulla Şaiqin ədəbiyyatımız və mədəniyyətimiz qarşısında xidmətlərini vurğulayıb, rəhbəri olduğu muzeydə görülən işlərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Hacıyeva “Abdulla Şaiq irsində “Türk çələngi”nin yeri” mövzusunda ətraflı məruzə edib.

Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları, professorlar İslam Qəribli, Asif Rüstəmli, Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya elmləri doktorları, dosentlər Lütviyyə Əsgərzadə və Eşqanə Babayeva çıxışlarında mövzunun əhəmiyyətindən, ümümtürk hərəkatına töhfəsindən söz açıblar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR