Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanlı alim İstanbulda mükafatlandırılıb

25-12-2023 [ 10:41 ] [ oxunub:505 ]
printerA+ | A-
104106

İstanbulda "Umay Ana" Türk Dünyası Qadınlar Birliyinin təsis etdiyi "Türk Dünyası Umay Anası” mükafatının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təsis edilən mükafat türk dünyasına xidmətində seçilən qadınlara təqdim edilib. “Umay Ana” Türk Dünyası Qadınlar Birliyi rəhbəri, professor Mualla Uydu Yücel çıxışında qeyd edib ki, 2021-ci ildə yaranan təşkilatın əsas məqsədi türk dünyasına xidmət edən qadınların tanıdılması və onların mukafatlandırılmasıdır.

Bildirib ki, birliyin fəaliyyəti daha da genişlənəcək və növbəti illərdə də mükafatlar türk dünyasının qadın aydınlarına təqdim ediləcək.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuada da "Türk Dünyasının Umay Anası" mükafatı təqdim olunub.

Tədbirdə türk dünyası üzrə xidmətdə seçilən mərhum Qənirə Paşayevanın da xatirəsi anılıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR