Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

23-04-2024 [ 13:15 ] [ oxunub:94 ]
printerA+ | A-
104483

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Xuraman Hümmətova Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü akademik Səxavət Ociyev çıxış edərək müstəqillik illərində Azərbaycan və Özbəkistan xalqları arasında qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini bildirib. O, həmçinin qardaş ölkələrin alimlərinin qarşılıqlı elmi əlaqələrinin də intensivləşdiyini diqqətə çatdırıb.

Tədbirdə “Turan” Elmlər Akademiyasının Azərbaycan filialının rəhbəri akademik Sabir Tağıyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etdiyini vurğulayıb.

Sonra Sabir Tağıyev “Turan” Elmlər Akademiyasının həqiqi üzvünün diplomunu və döş nişanını Xuraman Hümmətovaya təqdim edib.

Tədbirdə digər çıxış edənlər alimin məhsuldar elmi və ictimai fəaliyyətindən söhbət açıblar.

Xuraman Hümmətova ona göstərilən etimada görə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR