Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yeni tarixi mərhələnin böyük başlanğıcı

11-12-2023 [ 12:08 ] [ oxunub:171 ]
printerA+ | A-
104053

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarın qəbul edilməsi ölkəmizin yeni tarixi epoxaya qədəm qoymasının bəyannaməsidir. Hər kəsə yaxşı məlum olduğu kimi, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün hərbi qüdrətinin və iqtisadi inkişafının möhkəm əsaslarını yaratmaqla və ən başlıcası Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə müstəqillik dövrünün böyük bir mərhələsinin möhtəşəm vəzifələrini həyata keçirmişdir. Artıq müstəqil Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və etibarlı söz sahibi olan, qüdrətli dövlət kimi qəbul olunur.

Qarşıda duran yeni vəzifələr Azərbaycanda müasir dövrün yeni çağırışlarına uyğun olaraq daha genişmiqyaslı islahatların həyata keçirilməsini tələb edir. Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqqında qəbul edilən qərar inkişafın yeni mərhələsinə start verilməsi üçün atılmış siyasi addım kimi mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə keçiriləcək növbədənkənar seçkilər, heç şübhəsiz, daha möhtəşəm inkişafa təkan verəcəkdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Dəmir Yumruğu ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və uğurla həyata keçirilmiş bir günlük hərbi əməliyyatdan sonra ərazi bütövlüyümüzün tam təmin edilməsi, dövlət suverenliyinin bütövlükdə bərqərar olması ölkəmizin bütün ərazisində seçkilərin keçirilməsi zərurətini meydana çıxarmışdır. Ona görə də 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi bütövlüyü şəraitində tam və qəti təsdiqi demək olacaqdır. Xalqımızın bütün təbəqələri kimi, Azərbaycan alimləri də növbədənkənar Prezident seçkilərinin keçirilməsini ölkəmizdə yeni tarixi inkişaf mərhələsinin böyük başlanğıcı və dövlət müstəqilliyimizin tam təsdiqi mənasında əhəmiyyətli siyasi hadisə kimi yüksək qiymətləndirirlər. Ölkəmizdə hakim olan xalq-dövlət həmrəyliyi və möhkəm ictimai siyasi sabitlik növbədənkənar Prezident seçkilərinin xalqımızın mütəşəkkil iştirakı və birliyi şəraitində keçiriləcəyinə tam təminat verir.

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti,

SİZƏ MARAQLI OLA BİLƏR