Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Professor Tahirə Məmməd Ankarada 5-ci Beynəlxalq Türk Yazarlar Qurultayında iştirak edib

10-11-2023 [ 14:36 ] [ oxunub:288 ]
printerA+ | A-
103933

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor Tahirə Məmməd 5-ci Beynəlxalq Türk Yazarlar Qurultayında nümayəndə kimi iştirak edib.

6-8 noyabr tarixlərində Ankarada keçirilən  5-ci Beynəlxalq Türk Yazarlar Qurultayda 19 ölkədən 100 nümayəndə iştirak edib. 100 nümayəndənin iştirakı Türk Cümhuriyyətinin 100 illiyi şərəfinə müəyyənləşdirilib. Qurultayın gündəliyində aşağıdakı məsələlər müzakirə olunub :

- Türk dünyasında ortaq dil, əlifba
- Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi
- Türk dünyasında müəllif hüquqları problemləri
- Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri
- Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, yazıçı universitetləri və qurumların iş birliyi və digər çalışmalar.

Müzakirəyə çıxarılan problemlər üzrə hər biri 20 nəfərdən təşkil olunmaqla 5 işçi qrup yaradılıb və işçi qrupların 2 gün davam edən iclaslarında təkliflər irəli sürülüb, müzakirə edilib və qərarlar qəbul edilib. Qurultayın sonunda bütün təkliflər səsə qoyulub və müvafiq dövlət qurumlarına, səfirliklərə təqdim etmək üçün vəsadətlər qəbul olunub.
Qurultayda Azərbaycan nümayəndə heyətinə xalq yazıçımız Anar rəhbərlik edib. Yazıçılar, jurnalistlər və elm xadimlərindən ibarət nümayəndə heyətinin üzvü kimi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor Tahirə Məmməd dördüncü işçi qrupunda öz təkliflərini müzakirəyə təqdim edib və təklifləri səsə qoyularaq qəbul olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR