Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyliyə Ad günü təbrikləri

16-10-2023 [ 17:20 ] [ oxunub:173 ]
printerA+ | A-
103823

Hörmətli akademik İsa Həbibbəyli!

Siz, yorulmaz və səmərəli elmi fəaliyyətinizlə ədəbiyyatşünaslıq sahəsində elmi məktəb formalaşdırmış alimsiniz. Azərbaycanın böyük elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etmək kimi şərəfli bir vəzifə Sizə etimad edilib. 

Sizin hər zaman yenilik hissi ilə çalışmağınız, ciddi elmi yanaşma mövqeyiniz, cəsarətli  və səmərəli qərarlarınız,  elmdə yaşlı nəsildən örnək almaq, gənc nəsli düzgün istiqamətləndirmək bacarığınız göz önündədir. 

Son onillikdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda əldə edilmiş elmi nailiyyətlər, inkişaf, ciddi elmi dəyəri olan çoxsaylı əsərlərin işıq üzü görməsi Sizin adınızla bağlıdır.

Sizin elmi və ictimai fəaliyyətiniz Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən də  layiqincə qiymətləndirilmişdir.

Oktyabr ayının bu günlərində Siz yeni yaşınızın açdığı yeni həyat səhifənizi yeni uğurlarla yazmağa   hazırsınız. 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi Sizə yeni-yeni uğurlarla dolu həyat səhifələrinizi gümrah və can sağlığı ilə yazmağı arzu edir. 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından

www.literature.az 

 

- Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin doğum günüdür. İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və təhsilinin inkişafında böyük xidmətləri olan, bu sahələrdə onlarla dəyərli elmi əsər yaratmış görkəmli alim, bacarıqlı təşkilatçı və gözəl insandır. Nəsrəddin Tusi adına Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə bu ali məktəbi beynəlxalq əlaqələri ildən- ilə genişlənən nüfuzlu təhsil ocağına, əsl gənclik şəhərciyinə çevirmiş, yorulmadan çalışmışdı. Azərbaycan Milli Elmlər Akademiyasında da yenə eyni gənclik enerjisi və yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Dövlətçilik mövqeyi, milli maraqlarımız, elmi obyektivlik həmişə İsa Həbibbəylinin həyatının və elmi fəaliyyətinin əsas meyarı, keyfiyyəti olmuşdur.

İsa bəylə sınaqlardan keçmiş dostluğumuzun aspirantlıq illərindən başlanan, yarım əsrdən artıq bir tarixi vardır. 

Dünən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin, Xankəndində, Xocalıda, Qarabağın digər şəhərlərində dövlət bayrağımızı ucaltmasının sevincini və qürurunu yaşadıq.

Belə bir vaxtda doğum günləri də başqa bir məna qazanır.

Mən əziz dostumu, qardaşımı, görkəmli alim və ictimai xadimi  ölkəmiz üçün əlamətdar olan, hamımızın Zəfər sevinci ilə yaşadığımız bu gündə ürəkdən təbrik edir, ona uzun, sağlam ömür və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Sabir Rüstəmxanlı, Xalq şairi:

https://525.az/news/

 ​

 

SİZƏ MARAQLI OLA BİLƏR