Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilib

13-10-2023 [ 10:26 ] [ oxunub:364 ]
printerA+ | A-
103793

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş nitqi ilə çıxış edib. Qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və şanlı illəri kimi xüsusi əhəmiyyət daşıyır. Təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış müasir Azərbaycanın müstəqilliyini Prezident İlham Əliyev genişmiqyaslı islahatlar həyata keçirməklə gücləndirdiyini, böyük çətinliklərdən çıxararaq dünyada söz sahibinə malik güclü dövlətə çevirdiyini deyən akademik İsa Həbibbəyli ötən 20 il ərzində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunduğunu bildirib. Diqqətə çatdırıb ki, dövlət başçısının möhtəşəm 20 illik fəaliyyətində xüsusi yeri olan Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması, həmçinin cari ilin 19-20 sentyabr tarixlərində 1 gündən də az çəkmiş antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsi Prezident İlham Əliyevin adını Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi olaraq həkk etdirdi.

AMEA rəhbəri ölkəmizdə elm, təhsil və mədəniyyət sahələrində də bir çox uğurların qazanıldığını, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Akademiyanın taleyində mühüm rolu olduqlarını bildirib.

Prezident İlham Əliyevin 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda proqram xarakterli çıxışı ilə Azərbaycan alimlərinin qarşısında yeni istiqamətlərdə elmi-tədqiqat vəzifələrinin qoyulduğunu vurğulayan akademik İsa Həbibbəyli dövlət başçısının tapşırığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binasının tikilməsi və istifadəyə verilməsinin müstəqil Azərbaycan dövlətinin liderinin elmə və elm xadimlərinə qayğısının əməli ifadəsi olduğunu deyib.

Daha sonra AR ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Müstəqillik andı: möhkəm təməldən hərtərəfli inkişafa” adlı məruzə ilə çıxış edib. O, Ulu Öndər H.Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışının və cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ölkəni tənəzzüldən qoruyan iki mühüm hadisə kimi tarixi əhəmiyyətini diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan elmi” adlı məruzəsində müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son iyirmi illik tarixinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Qələbənin fəlsəfəsi, Zəfərin təntənəsi və Böyük Qayıdışın reallıqları”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyası”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti və dövlət dilinin inkişafına dəstəyi” və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədəbiyyat siyasəti və ədəbiyyatda bədii obrazı” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, dil və ədəbiyyat siyasəti, elm adamlarına qayğısı, hərtərəfli fəaliyyət istiqamətlərindən söz açılıb.

Akademik İsa Həbibbəyli tədbirin yekununda vurğulayıb ki, alimlərimiz Prezident İlham Əliyevin, dövlətimizin ətrafında sıx birləşərək ölkə başçısının daxili və xarici siyasətini dəstəkləyir, liderinə öz ziyalı dəstəyini ifadə edir, daim ölkə başçısının yanında olduqlarını qürurla bildirirlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən slaydlar da nümayiş olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR