Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Norveç yazıçısı Jun Fosse Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb

05-10-2023 [ 20:01 ] [ oxunub:192 ]
printerA+ | A-
103759

2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. Norveçli yazıçı Yun Fosse bu mükafata “səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb.

Fossenin yaradıcılığı bir çox janrları əhatə edir və çoxlu sayda pyeslər, romanlar, şeir topluları, esselər, uşaq kitabları və tərcümələrdən ibarətdir. O, dünyada ən çox mütaliə olunan dramaturqlardan biridir və öz nəsri ilə getdikcə daha çox tanınmaqdadır.

Nəticələrin rəsmi elanı ərəfəsində mükafata ən çox ehtimal olunan namizədlərin adları açıqlanıb. “Yeni minillikdə məhəbbət” romanının və “Mən gecəqonduda yaşayıram” hekayələr toplusunun müəllifi, Çin yazıçısı Can Syue favorit hesab olunurdu. Siyahıda Haruki Murakami və Salman Rüşdi də yer almışdı.

Onu da qeyd edək ki, 2022-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatı fransız yazıçısı Anni Ernoya verilib. 2021-ci ilin qalibi isə Böyük Britaniyada yaşayan tanzaniyalı yazıçı Abdulrazaq Gurnadır.

SİZƏ MARAQLI OLA BİLƏR