Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Kitabxanada yazıçı, publisist Mənzər Niyarlının yaradıcılıq gecəsi keçirildi

03-10-2023 [ 15:31 ] [ oxunub:167 ]
printerA+ | A-
103737

Bakı Şəhər Mədəniyyət Baş Idarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına  Mərkəzi Kitabxanasında kitabxananın Fəxri oxucusu, yazıçı,  publisist  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, AYB-nin  üzvü, Ə. Cəfərzadə mükafatçısı Mənzər Niyarlının yaradıcılıq gecəsi keçirildi. 

Tədbiri əvəllində Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, AJB-nin üzvü  Lətifə Məmmədova açaraq yazıçı Mənzər Niyarlının yaradıcılığından məlumat verdi.  O qeyd etdi ki, M.Niyarlının  əsərləri oxucular tərəfindən oxunur və sevilir. Yazıçı əsərlərində sevgi və insan, Vətən məhəbbəti problemlərinə toxunur. Onun əsərlərində milli və bəşəri dəyərlərin fəlsəfəsi açıqlanır. Əsərlərində  bədii və ədəbi dil harmoniya təşkil edir. Daha sonra L.Məmmədova M.Niyarlının “Qürbətə aparan qatar” və “Gözləmə dolu ilə gözlər” adlı əsərlərini geniş təhlil etdi. 
ənc yazar, kitabxananın oxucusu Emin Abdullayev yazıçının əsərlərinin reallığı əks etdirdiyini, əsərlərinin qəhrəmanlarının doğma insanlar olduğunu söylədi. O, yazıçıya bir neçə sual verdi.
Yazıçı, publisist Nüşabə Məmmədli Mənzər Niyarlı haqqında öz fikirlərini söyləyərək qeyd etdi ki, elə insanlar var ki, onlara yazıçı olmaq istedadı anadan gəlmə verilib. Mənzər xanım da belə insanlardan biridir. O, yazıçının “Vətəndən Vətənə” kitabını ağlaya-ağlaya oxuduğunu söylədi və ona yaradıcılıq uğurları arzuladı. 
 Şair, filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli  öz çıxışında Mənzər Niyarlının 1978-ci ildən tanıdığını, onun çox istedadlı, məsuliyyətli bir insan olduğunu söylədi, onun yüksək səviyyəli obrazlar yaratdığından danışdı. O qeyd etdi ki, yazıçı “Oğuz gözəlləməsi” əsərində xəstə qadının yaşadığı hissləri səmimi təsvir etmişdir. İnsan bu əsəri oxuyanda onu emosiyaslz qarşılaya bilmir, qəhrəmanın keçirdiyi hissləri onunla birlikdə yaşayır. 
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, filologiya elmlər doktoru Salidə Şərifova yazıçını yaxından tanıdığını, onunla bir yerdə işlədiyini qeyd etdi. Mənzər Niyarlının gözəl insan, istedadlı yazıçı olduğunu, onun əsərlərinin həm sovet, həm də müasir dövrü əhatə etdiyini söylədi. S.Şərifova qeyd etdi ki, M.Niyarlı bir hekayə vasitəsi ilə geniş diapazonlu problemləri təsvir edə bilir. O bildirdi ki, “Qızıl qaval” əsəri Mənzər Niyarlının yaradıcılığının pasportu və simvoludur. 
Şair, yazıçı Şövkət Hörovlu öz çıxışında bildirdi ki, Mənzər Niyarlı Qarabağ, Vətən mövzusunda çox gözəl əsərlər yazıb, Vətən həsrətini oxuculara  qabarıq şəkildə göstərib. O vurğuladı ki, yazıçının povest və hekayələrində böyük mövzular yerləşir, bu isə yazıçıdan böyük ustalıq və məharət tələb edir.  O, Mənzər Niyarlıya yaradıcılıq uğurları arzuladı və ondan romanlar yazmağını xahiş etdi.  
Şair Nafilə Abuzərli “Zəfər günün mübarək, mənim Azərbaycanım” şeirni söylədi. O, Mənzər Niyarlının “Vətəndən Vətənə” əsərindən danışarkən vurğuladı ki, əsərdə cənub mövzusu işığlandırılıb. Daha sonra o qeyd etdi ki, yazıçı əsərlərində  repressiya illərinə də toxunur.
Kitabxananın oxucusu, Şuşa Humanitar Kollecinin tələbəsi Ümbülbanu Aslanova yazıçının “Sənətin sehri” kitabı haqqında öz təəsürratları ilə bölüşdü.
Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova yazıçının “Vətəndən Vətənə” kitabını böyük maraqla oxuduğunu, bu əsərdə Araz vasitəsi ilə ikiyə bölünən Vətən haqqında, iki Azərbaycan arasında qalmış böyük bir ailənin iztirablı taleyi haqqında olduğunu söylədi. O qeyd etdi ki, əsər çox təsirlidir. 
Sonda yazıçı, publisist Mənzər Niyarlı əsərlərində işıqlandırdığı Qarabağ və şəhidlər mövzusuna  toxunduğunu bildirdi və bu əsərlər barədə tədbir iştirakçılarına məlumat verdi.
Yazıçı, publisist Mənzər Niyarlı Yasamal rayon MKS-nə kitablarını hədiyyə etdi. 

 

https://www.azpress.az/news8048

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR