Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Elm Qitəsi” akademik forumunda işttirak edib

07-11-2023 [ 09:25 ] [ oxunub:381 ]
printerA+ | A-
103931

1-4 noyabr 2023-cü il tarixində Avropa və Asiyadan olan gənc alimlərin MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının həmsədrliyi ilə Moskva şəhərində  “Elm Qitəsi” akademik forumu təşkil edilmişdir.

Forum Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunub.

MDB İcraiyyə Komitəsinin dəstəyi ilə cari ildə “Sərhədsiz elm” devizi altında keçirilən forum gənc alimlərin həyatında əlamətdar hadisəyə çevrilmiş, elmi əlaqələrin möhkəmləndirilməsinə və elmi fəaliyyətin gənclər arasında populyarlaşmasına, MDB ölkələrinin peşəkar birliyində alim və gənc mütəxəssislərin mobillik sisteminin formalaşmasına öz töhfəsini vermişdir.

2023-cü ildə isə forum öz arealını genişləndirərək Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan, Türkmənistan, Tacikistanla yanaşı, Çin, Hindistan, İran, Monqolustan, Vyetnam, İndoneziya, Pakistan, Serbiya, Macarıstan, Efiopiya, Misir və Suriyadan olan tədqiqatçı və mütəxəssislərin iştirakını təmin etmişdir.

Beynəlxalq forumun keçirilməsinin başlıca məqsədi Avrasiya ölkələrinin vahid elmi və texnoloji məkanının formalaşdırılması, eləcə də elmi-texniki bazanın gücləndirilməsi istiqamətində strategiya və təşəbbüslərini birləşdirən Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində multidisiplinar problemlərin müzakirəsi üçün dövlətlərarası akademik əlaqələr platforması yaratmaq olmuşdur.

Forumda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “İrsin qorunması” elmi panelində “Dram əsərlərində bədii təkrarın rolu” adlı interaktiv məqaləsi ilə çıxış etmiş və  forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilərək sertifikata layiq görülmüşdür.

SİZƏ MARAQLI OLA BİLƏR