Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun əməkdaşları "Xarıbülbül" mükafatına layiq görüldü

08-04-2022 [ 14:11 ] [ oxunub:77 ]
printerA+ | A-
102224

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir neçə əməkdaşı “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Xarıbülbül” medalına və diplomuna layiq görülüb. Təqdimetmə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin iştirakı ilə baş tutub.

 Medalları ictimai birliyin sədr müavini Sahilə Abdullayeva təqdim edib. Alimlərdən filologiya elmləri doktoru, professor Məmməd Əliyev, filologiya elmləri doktoru Mahirə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, Birinci Qarabağ Müharibəsi qazisi Qədim Qubadov təltif olunublar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR