Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan-İraq elmi-ədəbi əlaqələri müzakirə olunub

18-04-2024 [ 11:48 ] [ oxunub:229 ]
printerA+ | A-
104473

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AMEA-nın təşkilatçılığı ilə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edən İraq alimləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin tarixindən söz açan akademik İsa Həbibbəyli birgə elmi tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. AMEA rəhbəri elmi əlaqələrin inkişaf perspektivlərindən də söz açıb.

Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq AMEA-da silsilə tədbirlər keçirildiyini bildirən İsa Həbibbəyli bu məqsədlə İraqda da beynəlxalq elmi konfransın təşkili barədə razılıq əldə olunduğunu bildirib.

İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid və Türkmən Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən eli” jurnalının baş redaktoru doktor Sabah Kərküklü AMEA alimləri ilə sıx əməkdaşlıq qurmaqda, Məhəmməd Füzulinin həyatı və yaradıcılığına dair ortaq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayaraq qarşılıqlı elmi əlaqələrin inkişaf perspektivləri barədə söz açıblar.

Görüş zamanı Azərbaycanda İraq ədəbiyyatının, İraqda isə Azərbaycan ədəbiyyatının təbliği məqsədilə tərcümə əsərlərinin, ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını əhatə edən monoqrafiyaların, eləcə də qarşılıqlı olaraq elmi məqalələrin nəşri məsələləri müzakirə edilib, müvafiq razılıq əldə olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR