Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Milli döv­lət­çi­lik məfkurəmiz haqqında yeni kitab - Əlizadə Əsgərli

13-10-2023 [ 15:57 ] [ oxunub:379 ]
printerA+ | A-
103798

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan ədəbiyyatında vətənçilik və dövlətçilik məfkurəsinin intibahı: Hey­dər Əli­ye­vdən İlham Əliyevə” adlı kitabı nəşr edib. Monoqrafiyanın müəllifləri akademik İ. Həbibbəyli, AMEA-nın müxbir üzvü T. Əlişanoğlu, f.e.d. E.Akimova, f.e.d. Ə.Əsgərli, f.ü.f.d. A.Bağırlı və f.ü.f.d. L.Həsənovadır. Kitab Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət və siyasət xadimi Hey­dər Əli­ye­vin anadan olmasının 100 illiyinə ithaf olunub.

Layihə rəhbəri akademik İsa Hə­bib­bəy­li monoqrafiyanın“Bö­yük ədə­biy­yat si­ya sə­ti və möh­tə­şəm bə­dii ob­raz” adlı ön sözündə Hey­dər Əli­yev dərkinin mil­li­li­yi, ta­ri­xi­li­yi və müa­sir­li­yi­nin ma­hiy­yə­ti üzərində geniş dayanıb. Bil­dir­ib ki, Hey­dər Əli­ye­vin döv­lət­çi­lik tə­fək­kü­rü­nün for­ma­laş­ma­sı, zən­gin milli və bəşəri dün­ya­gö­rü­şə yi­yə­lən­mə­sin­də ədə­biy­yat və in­cə­sə­nə­tin xü­su­si ro­lu ol­ub. Böyük rəh­bər ədə­biy­ya­ta xal­qımızın mil­li-ta­ri­xi var­lı­ğı və mə­nə­vi səviyyəsinin təzahürü ki­mi bax­ıb. O, milli-bə­dii təfəkkürümüzün ta­ri­xi­lik və müa­sir­lik təcrübəsinə, onun mövcud ideoloji prin­sip­lə­ri­ və əxlaqi-mənəvi də­yərinə xüsusi diqqət yetirib, bu ali key­fiy­yət­ləri milli döv­lət­çi­lik tə­li­min­də ədə­biy­yat si­ya­sə­ti­nin tərkib hissəsi kimi qiymətləndirib. Gös­tər­ib ki, Ümum­mil­li li­de­rin ədə­biy­yatı­mızda­kı mil­li­lik si­ya­sə­ti xəl­qi­lik, və­tən­pər­vər­lik, adət-ənə­nə və əxlaqi  dəyərlərimizə, onlara olan eh­ti­ram hisslərinə əsaslanıb. Ulu öndər ana di­li­mizin qorunması, saflığı və işlək dairəsinin genişlənməsi məramına xüsusi diqqət yetirib, bununla bağlı əməli tədbirlər görüb, milli dil siyasətinə dair fərman və sərəncamlar imzalayıb, qanun layihəsinin həyata keçirilməsinə nail olub.

Alim Hey­dər Əli­ye­vin ta­ri­xi­lik mis­si­ya­sı­nın ma­hiy­yə­ti­ni qiy­mət­lən­dir­ərkən de­yib: “Bö­yük döv­lət xa­di­mi Hey­dər Əli­yev bu fi­kir­də olub ki, Azər­bay­ca­nın qə­dim ta­ri­xi­ni, əsr­lər bo­yu keç­di­yi yo­lu gə­rək həm öz və­tən­daş­la­rı­mı­za, həm də res­pub­li­ka­mı­za ma­raq gös­tə­rən adam­la­ra ta­nıt­maq la­zım­dır... Hey­dər Əli­yev Azər­bay­can xal­qı­na özü­nün soy­kö­kü­nü, mil­li-ta­ri­xi keç­mi­şi­ni də­rin­dən və əsas­lı şə­kil­də dərk et­dir­mək, mə­nim­sət­mək, xal­qı­mız­da mil­li qü­rur hiss­lə­ri­ni da­ha da yük­səlt­mək üçün ta­ri­xi möv­zu­lar­da bə­dii əsər­lə­rin ya­zıl­ma­sı­na mey­dan ve­ril­mə­si­ni zə­ru­ri say­ıb”.

Ta­ri­xi­lik prin­si­pin­də Hey­dər Əli­ye­v klas­sik ədə­bi irs sa­hə­sin­də ənə­nə­lə­rə bö­yük önəm ver­ib, on­dan ya­ra­dı­cı is­ti­fa­də et­mə­yi zə­ru­ri say­ıb, ta­ri­xi möv­zu­da əsər­lə­rin əhə­miy­yə­ti­ni xü­su­si bil­dir­ib.

Ulu öndər ədə­biy­yat si­ya­sə­tin­də müa­sir­lik prin­si­pi­nin me­yar­la­rı­nı çağ­daş hə­ya­tın ədə­biy­yat­a gəti­ril­mə­si, müa­sir dü­şün­cə­nin, ye­ni tə­fək­kü­rün ədə­biy­ya­tda ifadə­sin­də gör­üb, “Hey­dər Əli­ye­vin ədə­biy­yat­da müa­sir­lik mə­sə­lə­si­nə ba­xı­şı cə­miy­yət­də ge­dən ic­ti­mai-si­ya­si və mə­nə­vi pro­ses­lər­lə bağ­lı olub, xal­qı və öl­kə­ni da­im irə­li­yə apar­ma­ğa, ye­ni­ləş­dir­mə­yə xid­mət edib. Heydər Əli­yev ədə­biy­yat haq­qın­da elm­də də pro­fes­sio­nal­lıq gös­tər­ib, bə­dii ədə­biy­yat­la ya­na­şı, ədə­biy­yat­şü­nas­lıq, sə­nət­şü­nas­lıq, te­atr­şü­nas­lıq və dil­şü­nas­lıq ki­mi elm sa­hə­lə­ri də Hey­dər Əli­ye­vin ədə­biy­yat si­ya­sə­ti­nin işı­ğın­da ye­ni in­ki­şaf sə­viy­yə­si qa­zan­ıb...”

Müəllif ən yeni dövr Azərbaycan  ədəbiyyatının inkişafında Ümummilli lider Hey­dər Əli­ye­vin ədəbiyyat siyasətinin əhəmiyyətini qeyd edib. Görkəmli dövlət xadimini milli dövlətçilikdə ədəbiyyat siyasətinin banisi, yaradıcısı kimi səciyyələndirib. Hesab edib ki, Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Ulu öndərin  yeni tarixi şəraitdə ədəbiyyat təlimini çağdaş müddəalarla zənginləşdirir, onu yaradıcı şəkildə inkişaf etdirir. Hazırda yeni tarixi epoxa fonunda məsul vəzifə ədəbiyyatımızda Ümummilli liderin ümumiləşmiş mükəmməl bədii obrazını yaratmaqdır.

AMEA-nın müxbir üzvü T.Əlişanoğlu “Hey­dər Əli­ye­vin tarixi obrazı və ədəbiyyat” məqaləsində Hey­dər Əli­ye­vi müasirlik və tarixilik baxımından səciyyələndirib, Hey­dər Əli­ye­vin ədəbi mühitdəki obrazını faktlar əsasında canlandırıb.

“Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Hey­dər Əli­ye­v obrazı (bədii-sənədli nəsr və publisistika”) məqaləsinin müəllifi f.ü.f.d. L.Həsənova Xalq yazıçı, publisist və ictimai xadim, Dövlət mükafatı laureatı Elmira Axundovanın 6 cildlik “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Hüseyn Adıgözəlin ”Zirvə. Heydər Əliyevin həyatı”, Nikolay Zenkoviçin “Hey­dər Əli­ye­v. Taleyin döngələri” və V.Andriyanovla H.Mirələmovun “Hey­dər Əli­ye­v. Görkəmli adamların həyatı” adlı bədii-sənədli əsərlərinin milli və bəşəri dəyərlərini şərh edib.

F.ü.f.d. A. Bağırlı “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı” adlı məqaləsində Heydər Əliyevin  obrazını uşaqlar üçün yazılmış bədii nümunələrdə izləyib.

“Azərbaycan ədəbiyyatında vətənçilik və dövlətçilik məfkurəsinin intibahı: Hey­dər Əli­ye­vdən İlham Əliyevə” adlı məqalənin müəllifi f. e. d. E. Akimova Heydər Əliyevin obrazını milli məfkurənin mahiyyəti (milli klassik irs, Cavid intibahı, Heydər Əliyev məktəbi–YAP, Heydər Əliyev və İlham Əliyevin ədəbiyyatlaşan obrazı, Şuşa ilinin estetikası) fonunda səciyyələndirib.

Heydər Əliyevin  elit şəxsiyyətini dünya sivilizasiyasının qovuşağında izləmiş f.e.d. Ə. Əsgərli hesab edir ki, bu filoloji kitab elmi-tədqiqat müəssisələri, orta və ali məktəblər, siyasi-ideoloji dərslər və tarixi lektoriyalar üçün əhəmiyyətli vəsaitdir, Azərbaycan insanının dövlətçilik təfəkkürünün formalaşdırılması və zənginləşdirilməsində, gənc nəsillərin Heydər Əliyev nümunəsində  təlim-tərbiyəsində   yönləndirici məfkurə sənədidir.

SİZƏ MARAQLI OLA BİLƏR