Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu sosial şəbəkələrdə

13-07-2023 [ 17:58 ] [ oxunub:193 ]
printerA+ | A-
103604

Sosial şəbəkələr elmi ictimaiyyətin nümayəndələri üçün fikir mübadiləsi aparmaq, oxşar elmi maraqları olan qrupları axtarmaq və bir araya  gətirmək, yaradıcılıq məhsullarını, nəşrlərini yerləşdirmək və ictimaiyyətin həyatına inteqrasiya etmək üçün geniş imkanlara malik interaktiv platformalardır. Sosial şəbəkələr internetdə fəal şəkildə inkişaf edir ki, bu da elm adamlarını dünyanın hər yerindən  izləməyə, texnologiyanın yaratdığı digər imkanlardan istifadə etməyə imkan verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışlarının birində qeyd edir ki, "Biz “Vikipediya”da Azərbaycanın yerini qüvvətləndirmək istəyirik... “Google Scholar” və digər elmi platformalarda alimlərimizin akademik profillərinin açılması yönündə fəaliyyətimiz genişlənməkdədir. Həmçinin elmi nəşrlərimizin beynəlxalq bazalarda yerləşdirilməsinə çalışırıq. AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsində maraqlıyıq. Bundan əlavə, humanitar və ictimai elmləri əhatə edən jurnallarımızın beynəlxalq bazalara daxil edilməsi qarşıdakı hədəflərimizdəndir. Beynəlxalq elmi reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması istiqamətində çalışırıq və bütün bu işləri qardaş Türkiyə ilə birgə görmək istəyirik. Bunun üçün MDB məkanında ilk dəfə AMEA-da elektron xidmətlərin təşkili üçün Elektron akademiya şöbəsi yaradılıb."  Hörmətli akademikin qeyd etdiyi kimi   Nizami Gəncəvi adına adına Ədəbiyyat İnstitutund da  elektron elmin imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli proseslər davam  etdirilməkdədir.  

Artıq  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna aid sosial şəbəklərdə alimlərimizin yaradıcılıq nümunələri olan rəqəmsal resursları,  Azərbaycan ədəbiyyatı, ədəbiyyat tariximiz, ədəbiyyatşünaslıq elmi, ədəbi tənqid, ədəbi janrlar və s. bağlı yeni-yeni materialları mütaliə edə, izləyə, bloqlarınızın sitatlarını artıra bilər, müzakirələr üçün platformalar və ya həmfikir insanlar tapa bilərsiniz. 

 Bildiyimiz kimi, sosial şəbəkələr ideya və düşüncələrin populyarlaşmasına töhfə verir.  Əgər alimin vəzifəsi öz tədqiqatını digər alimlər üçün “daha ​​görünən” etməkdirsə, təbii ki, sosial media buna yaxından kömək edir. Əslində, əsasən elm adamları üçün nəzərdə tutulmuş sosial media (Linkedin, ResearchGate, Academia.edu kimi) onların tədqiqatlarının nəticələrini təbliğ etmək və həmkarları arasında birgə iş təşkil etmək üçün çox faydalıdır. 

Ədəbiyyat İnstitutunun https://www.youtube.com,  https://www.facebook.comhttps://twitter.com  və s. kanallarında aktivlik, izlənmə statistikası  alimlərimizin sosial şəbəkələrdə də inteqrativ rolunun   genişlənməkdə olduğunu göstərir. Ədəbiyyat İnstitutun əməkdaşları https://az.wikipedia.org- da Azərbaycan ədəbiyyatına və ədəbiyyatşünaslığına dair resursların dünyaya tanıdılmasında mühüm proseslərə start vermişlər. Əldə edilmiş mühüm nəticələr, hər bir yeni resursun maraqla qarşılanması da sevindiricidir. Məsələn, Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin   "Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqraqfiyasını İnstitutun youtube kanalında təqdim  etməsi orijinal rəqəmsal ünsiyyət növü kimi maraqlıdır. Və ya bu günlərdə AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən təlimlərdə iştirak edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Seyidnisə Lətifli "Vikipediya"nın Azəbaycan dili bölməsinə yeni maraqlı və məzmunlu məqalələr hazırlayaraq daxil etmişdir. Onlardan biri də bu günlərdə böyük şairimiz Məhəmməd Hadinin "Seçilmiş əsərləri. II cilddə.I cild" haqqında məqalədir. Sosial şəbəkələrdə resurslarımız ən müxtəlif ədəbiyyat hadisələrinə həsr olunur, elmi yaradılıq fəaliyyətimiz isə mövzu etibarilə rəngarəng və genişdir. Ədəbiyyatşünas alimlərimiz  sosial şəbəkələrdə elmi biliklərin yayımlanmasına, elmi fikirlərin, mülahizələrin görünən, başa düşülən təqdimatına çalışmaqla, dünyanın hər yerindən tədqiqatçılarla, ümumiyyətlə cəmiyyətlə, ictimaiyyətlə  əlaqələrə və ünsiyyətin rəqəmsal platformalarında görüşlərə hər zaman hazırlığını nümayiş etdirməkdədir.

filol.f.d. Z.İ.Əliyeva

SİZƏ MARAQLI OLA BİLƏR