Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Lütviyyə Əsgərzadə ədəbiyyatşünaslıq elminin inkişafı sahəsində fəaliyyətinə görə təltif olundu

07-03-2024 [ 08:01 ] [ oxunub:195 ]
printerA+ | A-
104352

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  alimi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişaf sahəsindəki fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının  Humanitar Elmlər Bölməsinin  Fəxri fərmanı ilə təltif olunmuşdur. 

Professor Teymur Əhmədovun rəhbərliyi ilə “Hüseyn Cavid və Şərq” (5716.01 – Azərbaycan ədəbiyyatı)  mövzusunda filologiya üzrə fəlsəfə doktoru (2005), “Hüsеyn Cаvidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində” (5716.01 – Azərbaycan ədəbiyyatı)  mövzusunda, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə  doktorluq müdafiə edən (2018) Lütviyyə Əsgərzadə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi (2020),  AMEA Dissertasiya Şurası nəzdində Elmi seminarın katibi, Naxçıvan Dövlət Universitetinin Dissertasiya Şurasının üzvüdür.

“Hüseyn Cavid və Şərq” (Əcəmi, 2005), “Hüseyn Cavid:mühiti və müasirləri”  (Globe Edit, 2018), ”Əmir Teymur: tarixdə və ədəbiyyatda” (GlobeEdit Beynəlxalq nəşriyyat, 2020),  “Əhməd Triniç” (Elm və Təhsil, 2020), “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” (Elm və Təhsil, 2023) kitablarının müəllifidir. Naxçıvan Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Şeyx Məhəmməd Rasizadə” adlı monoqrafiyası nəşrə hazırlanır. Elmi yaradıcılığında digər ölkələrin alimləri ilə əməkdaşlıq mühüm yer tutan L.S.Əsgərzadə ixtisası üzrə regionun və Avropa ölkələrinin (Bolqarıstan, Türkiyə, İraq, Rusiya, Makedoniya, Kosova, Arnavutluq, İtaliya və s) alimləri ilə elmi əlaqələr saxlayır, beynəlxaq konfrans və qurultaylarda maraqlı elmi məruzələrlə çıxış edir, Balkanlarda və Türkiyədə təşkil olunan konfransların təşkilində və rəhbərliyində Azərbaycanı laiqincə  təmsil edir.

L. Əsgərzadənin Rusiya, İtaliya, Türkiyə, İran, Kosova, İraq, Makedoniya, Arnavutluq, Braziliya, Ukrayna və Koliforniyada elmi məqalələri nəşr olunub. Braziliya və Koliforniya universitetlərinin jurnallarında nəşr olunan məqalələri beynəlxalq bazada indeksləşdirilib.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR