Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA prezidenti “İraq kültür bakanlığı mükafatı” ilə təltif olunub

13-03-2024 [ 11:23 ] [ oxunub:227 ]
printerA+ | A-
104346

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətində tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə görüşüb.

Görüşdə Azərbaycan-Kərkük ədəbi əlaqələrindən söz açılıb, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin İraqda, görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının 100 illik yubileyinin isə Bakıda elmi konfranslarla keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Kərküklü yazıçı Şəmsəddin Kuzəçi “İraq kültür bakanlığı ödülü” ilə təltif olunmuş akademik İsa Həbibbəyliyə mükafatı təqdim edib. Həmçinin türkmən yazarın yeni nəşr edilmiş  “Məqalələr” toplusu da AMEA rəhbərinə hədiyyə olunub.

Akademik İsa Həbibbəyli bu günlərdə Akademiyada çap olunmuş Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” və Məhəmməd Füzuliyə həsr olunmuş kitabları tanınmış türkmən yazıçısı və tədqiqatçısı Şəmsəddin Kuzəçiyə hədiyyə edib.

Görüşdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri akademik İradə Hüseynova və akademik Gövhər Baxşəliyeva, həmçinin filologiya elmləri doktoru professor Qəzənfər Paşayev də iştirak ediblər.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR