Bakı Avrasiya Universitetində “Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” adlı Respublika Konfransı keçirilib. Konfransın açılışında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi katibi, fil.f.d., dos. Aygün Bağırlı iştirak edib. İnstitutun əməkdaşlarından fil.e.d., dos. Xuraman Hümmətova, fil.f.d., dos. Günay Qarayeva (Gunay Garayeva), fil.f.d., dos. Maral Yaqubova, Turanə Cabbarzadə (Turana Jabbar) məruzə ilə çıxış ediblər.