Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Abbas Səhhətin 150 illiyinə həsr olunmuş "Vətəni sevməyən insan olmaz!" respublika elmi konfransı keçirilib

04-06-2024 [ 13:38 ] [ oxunub:68 ]
printerA+ | A-
104633

31 may 2024-cü il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbi tənqid" şöbəsinin əməkdaşları fil.f.d., dos. Qürbət Mirzəzadə “Abbas Səhhətin ədəbi görüşləri akademik Kamal Talıbzadəin tədqiqatlarında”, fil.f.d., dos. Aynurə Mustafayeva “Mərasim? Yoxsa Dram?!”, fil.f.d., dos. Elnarə Qaragözova “Abbas Səhhət yaradıcılığı Azərbaycan ədəbi tənqidi kontekstində”, fil.f.d. Əsmər Hüseynova “Abbas Səhhət poeziyasında vətən anlayışının bədii əksi” və mövzularında ADPU-nun Şamaxı filialında şair, tərcüməçi, görkəmli maarif xadimi Abbas Səhhətin 150 illiyinə həsr olunmuş "Vətəni sevməyən insan olmaz!" respublika elmi konfransında məruzə ediblər.

Fil.f.d., dos. Qürbət Mirzəzadənin “Abbas Səhhətin ədəbi görüşləri akademik Kamal Talıbzadəin tədqiqatlarında” adlı məruzəsi Abbas Səhhət yaradıcılığının tədqiqinin akademik Kamal Talıbzadənin elmi irsində mövqeyinə həsr edilmişdir.

Fil.f.d., dos. Aynurə Mustafayeva “Mərasim? Yoxsa Dram?!” mövzusunda məruzəsində janrın inkişaf tarixinə və dinamikasına diqqət yetirmişdir.

Fil.f.d. Əsmər Hüseynova “Abbas Səhhət poeziyasında vətən anlayışının bədii əksi” məruzəsində şairin yaradıcılığında vətənə sevgi, torpaq, təbiətin yaranması anlayışı, ictimai-siyasi mövzularla yanaşı şeirdə mənzərələr yaratmaq xüsusiyyətinin daha qabarıq gücə malik olduğunu vurğulamışdır.

Fil.f.d., dos. Elnarə Qaragözova “Abbas Səhhət yaradıcılığı Azərbaycan ədəbi tənqidi kontekstində” adlı məruzəsində ədibin irsinin tədqiqi və ədəbi tənqidimizdə bu irsin ədəbi cərəyanlar kontekstində araşdırılması ilə bağlı məqamları işıqlandırmışdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbi tənqid" şöbəsinin əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və onlar  təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunmuşlar.

SİZƏ MARAQLI OLA BİLƏR