Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans
(Bakı, Azərbaycan, 25-27 oktyabr 2021)
Konfrans haqqında ətraflı məlumat: www.literature.az səhifəsində
Konfransın təşkilatçıları:
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
Azərbaycan Aşıqlar Birliyi;
AMEA Folklor İnstitutu.
Təşkilat komitəsi
Sədr:
İsa Həbibbəyli – akademik, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).
Həmsədrlər:
Məhərrəm Qasımlı – filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Aşıqlar Birliyi (Azərbaycan);
Muxtar İmanov – akademik, AMEA Folklor İnstitutu (Azərbaycan).
Məsul katib:
Aynur Xəlilova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).
Üzvləri:
Nizami Cəfərov – akademik, Azərbaycan Atatürk Məkəzi (Azərbaycan);
Qəzənfər Paşayev – filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan);
Fikret Türkmen – professor doktor, Ege Universiteti (Türkiyə);
Ali Kafkasyalı – professor doktor, Ərzurum Universiteti (Türkiyə);
Nebi Özdemir – professor doktor, Hacəttəpə Universiteti (Türkiyə);
Nizamettin Onk – yazar (Türkiyə);
Mahmud Allahmanlı – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Azərbaycan);
Rüstəm Kamal – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan);
Əlizadə Əsgərli – filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan);
İradə Köçərli – sənətşünaslıq elmləri doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutu (Azərbaycan);
Tariyel Məmmədov – sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyası (Azərbaycan);
Səhər Orucova – filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti (Azərbaycan);
Elxan Məmmədli – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutu (Azərbaycan);
Mehman Həsənli – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (Azərbaycan).
Önəmli tarixlər:
- Məruzələrin tam mətninin son göndərilmə tarixi – 20 iyul 2021;
- Qəbul olunmuş məruzələrin son bildirilmə tarixi – 20 sentyabr 2021;
- Konfransın tarixi – 25-27 oktyabr 2021.
Konfransın əhatə etdiyi mövzular:
- Aşıq Ələsgərin həyatı və mühiti;
- Aşıq Ələsgər və müasirləri;
- Azərbaycan aşıq sənətinin inkişaf və zənginləşməsində Aşıq Ələsgərin rolu;
- Aşıq Ələsgər şeirinin poetik və fəlsəfi qaynaqları;
- Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətləri;
- Aşıq Ələsgərin poetik ənənəsi;
- Aşıq Ələsgər və yazılı ədəbiyyat;
- Ələsgər irsinin toplanılması, nəşri və tədqiqi problemləri.
Məruzə mətnlərinin hazırlanma qaydaları:
- Məruzə mətni A4 formatda, Times New Roman, 14 şrift, 1,5 intervalla, sözlər sətirdən-sətrə keçirilmədən, soldan 3 sm., sağdan 1,5 sm., yuxarıdan 2 sm., aşağıdan 2 sm. gözlənilərək, təxminən, 10 (on) səhifədən az olmamaqla yazılmalıdır;
- Başlıqda sağ tərəfdə qalın şriftlə və adi qaydada müəllifin (yaxud müəlliflərin) adı, atasının adı və soyadı, onun altında elmi dərəcə və vəzifəsi, sonra əməkdaşı olduğu idarə-təşkilatın adı, email ünvanı və əlaqə nömrəsi (mobil), daha sonra isə ara məsafə qoyub bütün hərfləri böyük və qalın şriftlə məruzənin adı yazılmalıdır;
- Mətnin sonunda – “Qaynaqlar”da yalnız istifadə olunmuş ədəbiyyat siyahısı göstərilməli, sıralanma müəlliflərin soyadlarının (tərtib kitablarında kitabların adlarının) əlifba sırası ardıcıllığına uyğun olmalı, sitat və istinadlar mətn daxilində bu siyahıya müvafiq şəkildə kodlaşdırılmalıdır;
- Ən sonda üç dildə – Azərbaycan (yaxud Türkiyə türkcəsi), rus və ingilis dillərində 4-6 açar söz, 100-200 sözdən ibarət xülasə yazılmalı, xülasənin başlığı bütün məlumatlar əksini tapmaqla eynilə yuxarıda göstərilən qaydada olmalıdır. Xülasə məruzə mətninin əsas məğzini yığcam elmi ümumiləşdirmə ilə əhatə etməlidir;
- Konfransın işçi dili Azərbaycan dilidir. Bəzi iştirakçıların məruzələrinin Türkiyə türkcəsi, rus və ingilis dillərində nəşri və dinlənilməsi (rus və ingilis dillərində olanlar tərcüməçi vasitəsilə) də mümkündür;
- Konfransın mövzusuna uyğun olmayan, tədqiqat xarakteri daşımayan, elmi səviyyəsi aşağı olan və göstərilən qaydalar əsasında hazırlanmayan məruzələr qəbul olunmayacaq.
Qeyd:
- Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlər etməsi və uyğun bilmədiyi məruzələrin geri qaytarılması hüququna malikdir;
- Konfransın materialları ayrıca kitabda çap olunacaqdır;
- Bölmə iclaslarından sonra ayrıca heyətlə müzakirə keçiriləçəkdir;
- Konfransda iştirak etmək üçün ödəniş tələb olunmur.
Məruzələrin göndərilmə ünvanı:sifahixalqedebiyyati@mail.ru
Əlaqə telefonları:
(+994012) 537 24 33;
(+99455) 993 77 82.
Bakı şəhəri, Hüseyn Cavid prospekti 117, AMEA-nın əsas binası, V mərtəbə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsi, 524-cü otaq.