AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1 mart Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə İnstitutun Mülki Müdafiə Qərargah rəisi Nizami Vəliyev və digər əməkdaşlar iştirak ediblər.
Sərgidə Mülki Müdafiə vasitə və ləvazimatları nümayiş etdirilmiş, onların tətbiqi ilə bağlı maarifləndirici məlumatlar verilmişdir. Sərgi institut əməkdaşlarının marağına səbəb olub.