Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Çinli alimlərlə elmi müzakirələr aparılıb

22-12-2017 [ 12:37 ] [ oxunub:93 ]
printerA+ | A-
71030

Son zamanlar Azərbaycanla Çin arasında elmi əlaqələr intensiv sürətdə inkişaf edir. Qarşılıqlı səfərlər, bağlanan müqavilələr bu əməkdaşlığın genişlənməsinə şərait yaradır. Müstəqillik dövründə Çinlə əlaqələrimizin əsasını  ümummilli lider Heydər Əliyevin 1994-cü il 7-10 mart tarixlərində Çinə rəsmi səfəri ilə qoyulub. Həmin siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlar davam etdirilir.  2005-ci il martın 17-19-da, 2015-ci il dekabrın 8-11-də ölkə başçısının Çinə rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verir.

          Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) iki ölkə arasında qarşılıqlı elmi əlaqələrin inkişafı istiqamətində bir sıra işlər görülür. Ötən il AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin İctimai Elmlər Akademiyasında (ÇİEA) olmuş, gələcək perespektivlərlə bağlı mühüm müzakirələr aparılmışdır. Sonra Çinin İctimai Elmlər Akademiyasının prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfəri əhəmiyyətli olmuşdur. Akademik İsa Həbibbəyli Pekində keçirilən "Dəyişən dünya kontekstində Çinin inkişafı" (Pekin, 17-18 noyabr 2017) Beynəlxalq konfransında iştirak etmiş və qarşılıqlı olaraq hər iki ölkədə elmi mərkəzlərin açılması ilə bağlı razılaşmalar əldə olunmuşdur.

          Bu kontekstdə ÇİEA-nın Fəlsəfə İnstitutunun direktor müavini, professor Cui Veihanq, həmin İnstitutun şöbə müdiri, professor Li He və əməkdaşı Çu Çunmin ölkəmizə səfər ediblər. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qonaqları qəbul edib, akademiyada əlaqələrimizin inkişafı istiqmətində atılan addımlar və gələcək planlar barədə ətraflı bəhs edib. Eyni zamanda qonaqlar səfərlərinin məqsədi, Çində aparılan elmi tədqiqatlarla bağlı öz fikirlərini bölüşüblər.

Daha sonra qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi ilə tanış olublar. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çinli alimlərə şöbənin fəaliyyəti barədə məlumat verib. Çin Tədqiqatları Mərkəzinin koordinatoru Nərgiz Kərimova fəaliyyəti, Çin dilinin tədrisinin vəziyyəti barədə fikirlərini bölüşüb. Daha sonra mərkəzdə müzakirələr aparılıb.

 

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR