Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Elm və həyat” elmi-populyar jurnalının 60 illik yubileyi qeyd olunub

24-12-2021 [ 12:06 ] [ oxunub:122 ]
printerA+ | A-
101797

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm və həyat” elmi-populyar jurnalının 60 illik yubileyi keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli nəşrin keçdiyi böyük inkişaf yoluna nəzər salaraq, onun bugünkü fəaliyyəti haqqında danışıb. Jurnalın müasir tələblərə cavab verdiyini deyən akademik nəşrin əməkdaşlarını yubiley münasibətilə təbrik edib.

Sonra Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Ülkər Hüseynova çıxış edərək jurnalın dünəni və bu günü haqqında danışıb.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, “Elm və həyat” jurnalının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov çıxışında redaksiyanın kollektivi adından AMEA-nın prezidenti, jurnalın baş redaktoru, akademik Ramiz Mehdiyevə və AMEA-nın vitse-prezidenti, jurnalın baş redaktorunun müavini, akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Qeyd edib ki, keçmiş təcrübədən yararlanaraq işimizi daha da yaxşılaşdıracağıq. 

““Elm və həyat” jurnalının elmi-populyar nəşr kimi Azərbaycan mətbuatı və maarifçilk tarixində böyük xidmətləri var. Burada Həsən Abdullayev, Abdulla Qarayev kimi böyük alimlərin əməyi olub”, - deyə çıxış edən Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd jurnalın fəaliyyətinin dissertasiya mövzusu kimi tədqiq olunmasını təklif edib.

Yubiley tədbirində, həmçinin jurnalın keçmiş əməkdaşları Maral Poladova, Mehparə Axundova və digərləri çıxış edərək nəşrin kollektivini təbrik edib, uğurlar arzulayıblar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR