Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova Mədəniyyət Naziliyinin "Nizami Gəncəvi xatirə nişanı" ilə təltif edilib

06-12-2021 [ 15:43 ] [ oxunub:141 ]
printerA+ | A-
101695

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova Azərbaycan Respublikasının Mədəniyyət Naziliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı" ilə təltif edilib.

Nizami Gəncəvi irsinin tədqiqi və təbliği işində  yaxından iştirak edən Təhminə Bədəlova dahi mütəfəkkirin yaradıcılığına dair iki tərtibin, elmi məqalələrin müəllifidir. Respublikamızda və xarici ölkələrdə beynəlxalq səviyyədə keçirilən konfrans və simpoziumlarda  Nizami Gəncəvi yaradıcılığına, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli roluna,  şairin əsərlərinin geniş təhlilinə həsr olunmuş məruzələrlə çıxış etmişdir.  

https://literature.az/?page=698&;;newsId=117353&lang=aze

https://www.youtube.com/watch?v=hqnxLN0SopE

https://www.youtube.com/watch?v=L8sfcJHEzKc

https://www.facebook.com/watch/?v=4179398485422701

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR