Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Koreya-Azərbaycan II Humanitar Forumu keçirildi

06-12-2021 [ 14:09 ] [ oxunub:133 ]
printerA+ | A-
101699

Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutu (direktoru, Koreya Res. Eunkyung OH) və Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat Institutu  və Tarix İnstitutu ilə birgə Koreya-Azərbaycan II Humanitar Forumu keçirilmişdir. Forum Koreyada Tekstil Mərkəzində və Azərbaycanda isə Hayat Regency otelində vebinar şəklində keçirilib və YouTube-da canlı yayımlanıb.

https://www.youtube.com/watch?v=bT3jhBtRa_k

https://www.youtube.com/watch?v=Qu6IP5hvtJM

Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra keçirilən ilk tədbirdir ki, bu il ikinci dəfə keçirilmişdir. Forumun təşkilatçısı olan Avrasiya-Türk Araşdırmaları İnstitutunun rəhbəri, professor Eunkyung OH(O Inqyonq) gələn il yəni, 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olduğu üçün hər iki ölkənin Xarici İşlər Nazirliyi humanitar elmlər forumunun birgə və müntəzəm əsasda keçirəcəyinə ümidvar olduğunu bildirmişdir. Eləcə də, qabaqcıl elm və texnologiyanın bəşəriyyətin gələcəyi kimi qəbul edildiyi 4-cü sənaye inqilabı dövründə Azərbaycanla əməkdaşlıq və humanitar elmlərin müzakirə edilməsinin səbəbi iki Azərbaycan və Koreyanın tarix boyu formalaşdırdığı mədəni yaxınlığı kəşf edərək yeni əlaqələrin təzahürünə zəmin yaratmaq üçün humanitar elmlərin tədqiqatçıların sehrinə ehtiyac olduğunu vurğulamışdır. ‘Hər iki ölkə mədəni birlik yaratmalı və ondan 4-cü sənaye inqilabının hərəkətverici qüvvəsi kimi istifadə etməlidir’ fikrini vurğulayan professor Eunkyung OH  qeyd etmişdir ki, bu Koreya-Azərbaycan Formunun əsas məğzidir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Dong-op xalqlarımız fərqli yaşayış məskənlərində yaşasalar, fərqli tarixə, fərqli dilə sahib olsalar da, düşünürəm ki, Humanitar forumda keçirilən mübadilə sayəsində xalqalar arasında müdadilə və qarşılıqlı anlaşma daha da artacaq və xalqlarımız bir-birini daha da yaxın hiss edəcəyini qeyd etmişdir.

Bundan əlavə, Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov yaxın gələcəkdə Azərbaycan-Koreya humanitar forumlarının təşkili ilə yanaşı, Azərbaycan-Koreya və Türk dünyası-Koreya formatlarında müxtəlif humanitar mövzular üzrə elmi-praktiki konfransların keçirilməsinin şahidi olacağımızı qeyd etmişdir. “Koreya yarımadası ilə Qafqazı birləşdirən, mübadilə və tərəfdaşlığa töhfə verən humanitar elmlər” mövzusunda olan bu forum Koreya və Azərbaycanın mədəniyyətlərini humanitar sahədə müqayisə etmək və mədəni birliyin yaradılması yollarını axtarmaq məqsədi daşıyırdı. Humanitar Forum “Dil-Ədəbiyyat” və “Tarix-Mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib. Xüsusilə, Koreya və Azərbaycan arasında müqayisəli ədəbiyyat araşdırmasının nəticələri ilk dəfə olaraq bu forumda açıqlanaraq diqqət çəkib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, bu cür tədbirlərin  iki ölkə arasındkı ədəbi-mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu qeyd etmiş və Azərbaycan-Koreya əlaqələrini çoxcəhətli spektrini genişləndirəcəyi və gələcək vəzifələrə işıq salacağını ifadə etdi. “Mən hesab edirəm ki, bu keçirilən Beynəlxalq Konfransda burda dinlənilən məruzələr, burda aparılacaq müzakirələr bizim bundan sonrakı əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək”.

Seul Milli Universitetinin professoru Banq Minho Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin koreyalı şair Şin Donq-yup’un, professor Bədirxan Əhmədli “Kim Jiha və Xəlil Rza Ulutürkün yaradıcılığında demokratik və milli mücadilənin inikası”, filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyev “Koreya və türk dillərində leksik paralelliklər”, tarix elmləri doktoru Tofiq Nəcəfli “Azərbaycan şəhərlərinin inkişafında böyük İpək yolunun əhəmiyyəti (XII-XV əsrlər), sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyev “Azərbaycan və Cənubi Koreya arasında müasir incəsənət sahəsində layihələrin inteqral formatı”, professor Kim Conq-il “Koreya və Azərbaycan mütəxəssisləri ilə birgə aparılan arxeoloji qazıntlara dair gələcək inkişaf planı” və başqa məruzələr edilmişdir. Müzakirə zamanı professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Sunah Choi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, türix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, türix üzrə fəlsəfə doktoru Rəşad Mustafa,filologiya üzrə fəlsəfə doktoru Younq-Hee Lee və başqaları çıxış etmişlər.

Azərbaycan dövlətu 2021-ci ili Azərbaycanın dahi yazıçısı Nizami Gəncəvi ili elan etmişdir. Bunu qeyd etmək üçün Avrasiya-Türk Araşdırmalar İnstitutu dekabrın sonunda Nizami Gəncəvi xüsusi sayının nəşri ilə yanaşı, şairə dair xüsusi mühazirə də keçirməyi planlaşdırır. Həmçinin 2022-ci ilin yanvar ayında pulsuz Azərbaycan dili kursu da təşkil olunacaqdır. Dongduk Qadınlar Universitetinin Avrasiya-Türk Araşdırmaları İnsitutu 2016-cı ildə yarandığı gündən etibarən Özbəkistan da daxil olmaqla türk ölkələri ilə bağlı müxtəlif akademik fəaliyyətlər həyata keçirməkdədir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR