Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Qazaxıstanın Azərbaycandakı Səfirliyində “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” kitabının təqdimatı keçirilib

22-12-2020 [ 14:47 ] [ oxunub:84 ]
printerA+ | A-
100411

Qazaxıstanın  Azərbaycandakı  Səfirliyində səfir Serjan Abdukərimovun təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Nizami Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla reallaşan tədbirdə səfir təqdimata dəvət olunanları salamlayıb, professor Nizami Tağısoyun bu araşdırmasının Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafına mühüm təsirindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Muxtar Auezov yaradıcılığının Azərbaycanda populyarlığından, qazax ədəbiyyatının flaqmanına və onun rəngarəng bədii nümunələrinə verilən dəyərdən danışıb,  N.Tağısoyun türk xalqları ədəbiyyatı, qazax ədəbiyyatı, o cümlədən  türkologiya  və ədəbiyyatşünaslıqda əzmlə tədqiqatlar aparmasından bəhs edib.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov professor N.Tağısoyun Azərbaycan ədəbiyyatşünaslığı və türk xalqları ədəbiyyatındakı davamlı, konsepsiyalaşdırılmış tədqiqatlarından, monoqrafik araşdırmalarının keyfiyyətindən və aktuallığından danışmaqla, onun məhsuldar və məsuliyyətli alim olduğunu vurğulayıb.

Təqdimat mərasimində professorlar Yaqub Babayev və Firuzə Ağayeva, dosentlər Heydər Cəfərov və Fərrux Məmmədov, Heydər Əliyev adına Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın N.Tağısoyun ədəbiyyatşünaslıqda qazandığı uğurlardan danışıblar.

Sonda tədbirin  təşkilatçısı, Qazaxıstanın  səfiri Serjan Abdukərimov professor N. Tağısoya  monoqrafik araşdırmasına görə təşəkkür edib.

Təqdimat zamanı M.Auezovun oğlu, professor Murad Auezovun  Almatıdan etdiyi videomüraciət nümayiş olunub. O, qazax-Azərbaycan ədəbi əlaqələrindən, M.Auezovun Səməd Vurğunla olan dostluq münasibətlərindən danışıb və kitab müəllifinə uğurlar diləyib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR