Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun əməkdaşının məqaləsi Barselona Universitetinin “Dialektologiya” jurnalında işıq üzü görüb

16-12-2020 [ 11:30 ] [ oxunub:76 ]
printerA+ | A-
100399

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayevin həmmüəllifi olduğu məqalə İspaniyanın Barselona Universitetinin nüfuzlu “Dialektologiya” jurnalında işıq üzü görüb. Məqalədə Azərbaycanın görkəmli alimi Məmmədağa Şirəliyevin elmi fəaliyyəti işıqlandırılıb, dialektologiyaya aid əsərləri beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Sözügedən məqalə jurnalın 26-cı nömrəsində, “İlk dialektoloqlar” rubrikası çərçivəsində dərc edilib. Məqalənin digər həmmüəllifi dilçi alim, Doğu Akdeniz Universitetinin professoru Vüqar Sultanzadədir.

Qeyd edək ki, Dialektologiya jurnalı ildə 2 dəfə olmaqla ingilis və ispan dillərində elektron variantda işıq üzü görür və mütəmadi şəkildə dünyanın tanınmış alimlərinin, dialektoloqlarının müxtəlif məqalələri, elmi nəzəriyyələri oxuculara təqdim edilir.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR