Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Türk Dünyası və Elbası Fenomeni" adlı beynəlxalq tədbir keçirilib

01-12-2020 [ 17:22 ] [ oxunub:88 ]
printerA+ | A-
100367

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli  26 Noyabr ayının 26-da Beynəlxalq Türk Akademiyası Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününə həsr olunmuş "Türk Dünyası və Elbası Fenomeni" adlı beynəlxalq tədbirdə onlayn olaraq iştirak etmişdir.

Tədbirdə dövlət və ictimai xadim, türkoloq, akademik Myrzatay Zholdasbek, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Qırğızıstan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jeenbek Kulubaev, Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı Səlahiyyətli Səfiri Ufuk Yekiji, Macarıstanın Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mihai Galoshfay, Monqolustanın Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luvsangiin Battulga, Türkmənistanın Qazaxıstan Respublikasındakı Müvəqqəti işlər vəkili Nurmurat Taganov,  Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Murat Zhurinov, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Murat Jumatayev, Özbəkistan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Bəhrom Abduxalimov, Tatarıstan Respublikası Elmlər Akademiyası Tatar Ensiklopediyası və Bölgə Araşdırmaları İnstitutunun direktoru İsgəndər Gilyazov, habelə tanınmış ictimai və dövlət xadimləri, türkşünas alimlər İştirak etmişlər.

https://yenicag.ru/tyurkskaya-akademiya-provela-meropriyat/359376/

SİZƏ MARAQLI OLA BİLƏR