Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Tahirə Məmməd. Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri

04-02-2019 [ 10:24 ] [ oxunub:52 ]
printerA+ | A-
97395

Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində (layihə rəhbəri: filologiya elmləri doktoru, professor Tahirə Məmməd) 2 cildlik “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabı nəşr olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir.

Nəşrin birinci cildində problemə müasir baxış, ədəbiyyatın araşdırılmasında nəzəri dinamika, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatında təzahür xüsusiyyətləri, müasir dünyada geniş şəkildə müraciət edilən stereotip-arxetip-prototip nəzəriyyəsi əhatə olunub.

İkinci cilddə ədəbiyyat nəzəriyyəsi müasir meyarlarla araşdırılır, beynəlxalq və respublika miqyasında yeni nəzəri baxışların ümumiləşdirilməsi istiqamətində tədqiqat aparılır. Ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər dəyişən tarixi, elmi dəyərlər kontekstində nəzərdən keçirilib dəyərləndirilir. Azərbaycanda ədəbi-nəzəri məktəblər onların təmsilçilərinin yaradıcılığı əsasında sistemləşdirilir. Ədəbiyyatın zaman və məkanla bağlı dinamikasına diqqət yönəldilir.

Kitab alim və tədqiqatçılar, həmçinin tələbələr üçün dəyərli vəsaitdir. 

SİZƏ MARAQLI OLA BİLƏR