Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Tehran Əlişanoğlu. Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə

29-12-2023 [ 10:08 ] [ oxunub:505 ]
printerA+ | A-
104145

“Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə” kitabı - çap olunub

“Heydər Əliyev ili” çərçivəsində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Azərbaycançılıq oçerkləri. Ulu öndər Heydər Əliyevin 100 illiyinə” kitabı (Bakı, “Elm”, 2023) işıq üzü görmüşdür. “Mənim Prezidentim. Ulu öndər Heydər Əliyevin 100 yaşına” və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev” kitablarından sonra bu, müəllifin il ərzində Ulu öndər mövzusunda üçüncü kitabıdır.

Kitabda Tehran Əlişanoğlu Azərbaycançılıq kontentinə dair elmi-tənqidi və ədəbi-publisist oçerklərini toplamışdır. “Ədəbiyyatda Azərbaycançılıq” bölməsi müəllifin 2006-2023-cü illərdə ardıcıl dərc etdirdiyi yazılarının motivlərini ehtiva edir. “Azərbaycan, Azərbaycan” bölməsi esselər kitabından (2005) ibarətdir. Əsərlər Ulu Öndər Heydər Əliyevin Müasir Azərbaycançılıq konsepsiyası platformasından qələmə alınmışdır.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçi filologiya elmləri doktoru Elnarə Akimovadır.