Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Nizami Gəncəvi - 880

Nizami Gəncəvinin yubileyinə həsr olunan müsabiqə keçirilib

06-05-2021 [ 12:51 ] [ oxunub:262 ]
printerA+ | A-
100837

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib.

MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, Nizami Gəncəvi yaradıcılığı haqqında elmi məqalələr, Nizami yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim edilib.

Daha sonra müsabiqənin qalibləri müəyyən olunub və MEK-də gələcəkdə də bu tipli müsabiqələrin keçirilməsinin davam edəcəyi vurğulanıb.

Müsabiqədə münsiflər qismində iştirak edən dosent Zəhra Allahverdiyeva və digərləri çıxış edərək müsabiqədə iştirak edən MEK əməkdaşlarına Nizami Gəncəvi irsinə verdikləri dəyərə görə, müsabiqənin baş tutmasında əməyi keçənlərə dərin təşəkkürünü bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR