Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Akademik İsa Həbibbəyli. “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyevdən – İlham Əliyevə”

01-03-2024 [ 16:18 ] [ oxunub:414 ]
printerA+ | A-
104296

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyevdən - İlham Əliyevə” kitabı nəşr edilib. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf edilən nəşr institut Elmi şurasının 5 dekabr 2023-cü il tarixli qərarı ilə çap olunub.

“Kitabi-Dədə Qorqud” eposu haqqında söz” adlı ilk bölümlə başlayan tədqiqatın sonrakı fəsillərində “Kitabi-Dədə Qorqud”un Heydər Əliyevə qədərki əzablı yolunun xronikası”, “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyev epoxasında” və “Kitabi-Dədə Qorqud”un taleyində İlham Əliyev mərhələsi, yaxud Azərbaycan Oğuznaməsinin əbədiyyəti” araşdırılır. Həmçinin “Dədə Qorqud təntənələri. Fotosalnamə” bölümündə çoxsaylı maraqlı şəkillər yer alıb.

Nəşrdə “Kitabi-Dədə Qorqud” eposunun sovet hakimiyyəti illərindəki qadağası fonunda müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin dastanın dünyaya və Azərbaycan xalqına yenidən tanıdılması, tədqiqi və nəşrində yeni tarixi mərhələnin yaradılması sahəsindəki xidmətləri geniş təhlil edilib qiymətləndirilir. Kitabda Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un və eposun qəhrəmanlarının adlarının əbədiləşdirilməsi və dastanın dünya miqyasında təbliği istiqamətindəki çoxcəhətli fəaliyyətlərindən də bəhs olunur.

Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı olan kitab 124 səhifədən ibarətdir. Monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.

SİZƏ MARAQLI OLA BİLƏR