Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Libraff kitab evində Dilarə Adilovanın “366 gün və ya Uzun ilin inancı” kitabının təqdimat mərasimi keçirilmişdir

20-06-2023 [ 16:41 ] [ oxunub:257 ]
printerA+ | A-
103558

   16 iyun 2023-cü il tarixində Libraff kitab evində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Dilarə Adilovanın “366 gün və ya uzun ilin inancı” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab dünya tarixində əbədi qalacaq 2020-ci ilə həsr edilmişdir. “Qorxunc və möhtəşəm bir ilin bədii xronikası”na  filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov ön söz yazmışdır. Roman oxucunu addım-addım irəli apararaq, pandemiyadan, böyük Zəfərdən keçirib ilin sonuna gətirir. Tədbirin iştirakçıları müəllifin müraciət etdiyi memuar janrının xüsusiyyətlərindən, janra gətirdiyi yeni meyillərdən, fərqli üslubundan danışdılar. Tədbirin aparıcısı professor B.Əhmədov əsərin yazı tərzini “alışmadığımız bir üslub” adlandıraraq bədiiliklə memuar ədəbiyyatının ustalıqla bir araya gəlməsindən danışdı. F.e.d., prof. Əlizadə Əsgərli yazıçının yaradıcılığından söhbət açaraq romana yüksək qiymət vermiş, əhəmiyyətinin gələcəkdə daha çox  bilinəcəyini qeyd etmişdir. Filologiya elmləri doktoru Sara Osmanlı, f.e. d., şair Vüqar Əhməd,  Tarix elmləri doktoru Tahirə Həsənzadə, filologiya üzrə fəlsəfə  doktorları İsmixan Osmanlı, Aslan Salmansoy, Fəridə Hicran, Əkrəm Bağırov, Hicran Nəsibova, Güldəniz Qocayeva, Aygün Bağırlı, Günay Qarayeva, Təranə Aslanova və b. Dilarə Adilgilin yaradıcılığının özünəməxsusluğundan, bənzərsizliyindən, maarifçilik xüsusiyyətlərindən, təhkiyəçi obrazından, oxucunu arxasınca çəkib aparan dilindən bəhs edərək  “366 gün və ya uzun ilin inancı”  əsərini  yüksək dəyərləndirmişlər.

         Dilarə Adilgilin şəxsiyyətindən xüsusi məhəbbətlə danışan təqdimat iştirakçıları “366 gün və ya uzun ilin inancı”  romanının  gələcəkdə də yaşayacağından, əbədi müasirliyindən əminlik ifadə etmişlər.      

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR