AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Nərgiz Arif qızı Kərimova Çin dilinin
təkmilləşdirilməsi məqsədilə 04-14 yanvar 2023-cü il tarixlərində Çin Xalq Respublikası Təhsil Nazirliyinin Çin Xarici Dil Mübadiləsi və Əməkdaşlıq
Mərkəzinin ev sahibliyi etdiyi və Anxoy Universitetinin Beynəlxalq Təhsil Şöbəsi tərəfindən həyata keçirilən Anxoy Universitetinin Çin dili körpüsü onlayn təhsil
düşərgəsində iştirak etmişdir. İki həftə tədris müddəti ərzində peşəkar müəllimlər tərəfindən Çin dili, mədəniyyəti, tarixi haqqında geniş və ətraflı şəkildə dərslər
keçirilmişdir. 17 ölkədən 130-dan çox iştirakçının qatıldığı tədqiqat düşərgəsində müxtəlif mövzular üzrə təqdimatlar nümayiş etdirilmişdir. Sözügedən tədbirdə
institutumuzun əməkdaşı Nərgiz Kərimova "Gözəl Anxoy məni gözləyir" mövzusunda video təqdimatla çıxış etmiş və 130 iştirakçı arasında III yeri tutaraq
Müvəffəqiyyət sertifikatı" əldə etmişdir.