Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YÜBİLEYLƏR

Asif Rüstəmli. Özünə güvənən "525-ci"lər - “525”-25

16-11-2017 [ 16:14 ] [ oxunub:328 ]
printerA+ | A-

Asif RÜSTƏMLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor 

Özünə güvənən "525-ci"lər - “525”-25

"525-ci qəzet" ilk gündən oxucunun qəlbindəki "sarı sim"ə toxunmağı, kükrəyən cəmiyyətin aynası olmağı bacardı. "Düzü-düz, əyrini-əyri" (M.Ə. Sabir) yazmağın hünər deyil, jurnalistin, qələm əhlinin peşə borcu, vəzifəsi olduğunu isbatladı. Milli mətbuat tariximizin bütün dövrlərində qələm əhli üçün sıxıntı yaradan ideoloji "ütüləmə", "rəndələmə", "qayçılama", "baltalama" metodlarından bilmərrə imtina etdi. Qəzetdə elmi-publisistik, ictimai-siyasi, ədəbi-bədii mətnlərin, mədəniyyətə, incəsənətə, idmana, sosial problemlərə dair informasiyaların yüksək peşəkarlıqla redaktəsi və təqdimi onun nüfuzunu cəmiyyətdə günbəgün artırdı. Görkəmli ziyalılarımız yalnız yazıları ilə deyil, həm də oxucuları, təəssübkeşləri ilə "525"ə gəldi. Qəzetin səhifələrində xalq yazıçısı Anar, xalq yazıçısı, Baş nazirin müavini Elçin, professor Vilayət Quliyev, akademiklərdən İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Teymur Kərimli, Rəfael Hüseynov, Səlahəddin Xəlil, Misir Mərdanov, professorlardan Şirməmməd Hüseynov, Cahangir Məmmədli, Buludxan Xəlilov, Himalay Ənvəroğlu, Elman Quliyev, Bədirxan Əhmədov, Rüstəm Kamal, görkəmli şair və yazıçılardan Fikrət Qoca, Çingiz Abdullayev, Ramiz Rövşən, Afaq Məsud, İlqar Fəhmi və b. əsərlərinin yer alması, mütəmadi çap olunması "525"i sürətlə cəmiyyətdə populyarlaşdırdı. Yazarlar da, oxucular da onun sima-sında özlərinə bir köynək yaxın, doğma qəzetlərini gördü... Burada rüşvət qoxusu verən dəbdəbəli, bəlağətli, qeyri-obyektiv yazılara, reket jurnalistikasını stimullaşdıran şantaj xarakterli, təhqiramiz materiallara, sosial-məişət qalmaqal-larından bəhs edən informasiyalara, "şou-biznes" xarakterli cızma-qaralara rast gəlmək mümkünsüzdür...

tam mətni oxumaq üçün tıkla: https://525.az/site/index.php?name=xeber&duzelis=0&news_id=89622#gsc.tab=0

 

SİZƏ MARAQLI OLA BİLƏR