Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YÜBİLEYLƏR

Əziz Mirəhmədov - 95

28-02-2017 [ 09:15 ] [ oxunub:347 ]
printerA+ | A-

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 95 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin həyat və yaradıcılığı, ədəbiyyatşünaslıq elmi sahəsində zəngin fəaliyyəti haqqında ətraflı məlumat verib. Akademik qeyd edib ki, 23 yaşından taleyini Ədəbiyyat İnstitutu ilə bağlayan alim ömrünün sonuna kimi bu elmi-tədqiqat müəssisəsində çalışaraq yüzlərlə məqalə, 20-dən çox monoqrafiya və kitab yazmışdır. Ədəbiyyatşünas alimin “M.F.Axundov”, “Abdulla Şaiq”, “Sabir” , “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəsrəddini”, “Satirik gülüşün qüdrəti”, “Ağlar güləyən” monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində dəyərəli mənbələrdəndir.1960-1980-ci illərin ədəbi prosesindən danışan akademik İsa Həbibbəyli həmin zaman kəsiyini Azərbaycan ədəbiyyatşünaslığının “qızıl dövrü” adlandırıb və bu mərhələdə görkəmli alim Əziz Mirəhmədovun elmi xidmətlərindən bəhs edib. Akademik İsa Həbibbəyli yubilyarın zəngin elmi fəaliyyəti, yazdığı monoqrafiyalarla bərabər özünün namizədlik, eləcə də doktorluq işində rəsmi opponenti olmuş Əziz Mirəhmədov haqqında xatirələrini bölüşüb.

SİZƏ MARAQLI OLA BİLƏR