Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

“XX əsr müstəvisində Azərbaycan-özbək ədəbi əlaqələri” mövzusu Özbəkistanın elmi jurnalında

22-12-2023 [ 14:29 ] [ oxunub:729 ]
printerA+ | A-

“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin dissertantı Şəbnəm Mirzəzadənin məqaləsi “Özbək dili və ədəbiyyatı” elmi jurnalında özbək dilində çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin dissertantı Şəbnəm Mirzəzadənin “XX əsrin əvvəllərində özbək və Azərbaycan ədəbiyyatında dramatik janrın təkamülü” sərlövhəli məqaləsi Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun “Özbək dili və ədəbiyyatı” elmi jurnalında özbək dilində çap olunub.

Məqalə jurnalın 2023-cü il 4 saylı buraxılışında yer almışdır. Jurnalın “Elmi məlumat” rubrikasında çap olunan məqalədə XX əsrin əvvəllərində mövcud olan “Cədid” hərəkatından və bu hərəkatın ədəbiyyatın müxtəlif sahələrinə bəxş etdiyi yeniliklərdən bəhs olunmuş, klassik və müasir ədəbiyyat nümunələri haqqında məlumat verilmişdir. Daha sonra məqalədə özbək və Azərbaycan ədəbiyyatında yeni bir hadisə hesab olunan dramatik janrın inkişafı prosesləri izah olunmuş, dramatik janrın yaranması ilə daha sonralar teatr ənənəsinin yaranması və formalaşması barədə məlumat verilmişdir. Nəticə etibarilə, Azərbaycan ədəbiyyatından, Azərbaycan dramaturgiyasından başlanğıc götürmüş özbək dramaturgiyası və teatrının tarixi inkişafı haqqında geniş şəkildə bəhs olunmuşdur. Bütün bu proseslər Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi ənənələrinin qədimliyindən, eyni zamanda əbədiliyindən xəbər verir.

Məqalədə Azərbaycan-özbək ədəbi əlaqələrinin çoxəsrlik əlaqələri XX əsr müstəvisində – cədidçilik hərəkatının əsas nümayəndələrindən Mahmudxoca Behbudi, Hacı Muin, Həmzə Həkimzadə Niyazi, Əbdürrauf Fitrət və Abdulla Qədirinin dramatik əsərlərinin timsalında əks etdirilmişdir.

“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin dissertantı Şəbnəm Mirzəzadənin “Özbək dili və ədəbiyyatı” elmi jurnalında çap olunan “XX əsrin əvvəllərində Azərbaycan və özbək ədəbiyyatında dramatik janrın təkamülü” məqaləsinin rəyçisi filologiya elmləri doktoru Almaz Ülvi, özbək dilinə tərcümə edən isə Özbəkistan EA-nın dosenti Sırdəryaxan Utanovadır.

SİZƏ MARAQLI OLA BİLƏR