Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Bizə və Bizdən yazırlar

Naxçıvanda Vüqar Əhmədin 60 illik yubileyi qeyd olunub

05-05-2023 [ 14:53 ] [ oxunub:899 ]
printerA+ | A-

Naxçıvan Dövlət Universitetində keçirilən “Poeziya günləri” çərçivəsində filologiya elmləri doktoru professor, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Turanın xalq şairi Vüqar Əhmədlə görüş keçirilib.

Görüş Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər sırasında baş tutub.

Tədbirdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və bu istiqamətdə universitetimizdə silsilə tədbirlər keçirilir. Rektor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda elm və təhsilin inikişafına böyük qayğı ilə yanaşaraq, onun inkişafına töhfələr verib. Elbrus İsayev vurğulayıb ki, Ümummilli Lider 1967, 1992-ci ildə iki dəfə və 1999-cu ildə universitetdə olub və ali təhsilin inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərib. Rektor qonağı salamlayaraq, onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından da söz açıb.

Universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poeziya günləri çərçivəsində sözügedən elm ocağında görkəmli söz və qələm sahibləri ilə keçirilən görüşlərin əhəmiyyətindən söz açıb. Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışan Arif Ağalarov qeyd edib ki, Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran görkəmli şəxsiyyətdir. Çox xoşdur ki, dəyərli şairimiz, ədəbiyyatşünas Vüqar Əhməd bizim müasirimizdir və bizimlə canlı ünsiyyətdədir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Yadigar Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairlərdən olan Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən bəhs edib. Qeyd edilib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.

Tədbirdə tələbələr şair, ədəbiyyatşünas Vüqar Əhmədin şeirlərindən səsləndirib, konservatoriyanın müəllim və tələbələri əsərlərinə yazılan bəstələri ifa ediblər.

Şair Vüqar Əhməd görüş iştirakçılarına özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb. Nəğməkar şair, professor Vüqar Əhməd Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib.

Sonda universitetin rektoru Elbrus İsayev Vüqar Əhmədə 60 illik yubileyi ilə bağlı keçirilən görüşdən xatirə plaketi və universitetin rəssamı, Əməkdar mədəniyyət işçisi Elman Cəfərlinin çəkdiyi portreti təqdim edib.

https://science.gov.az/az/news/open/24973

SİZƏ MARAQLI OLA BİLƏR