Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Festivalı çərçivəsində “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı tədbir keçirilib

12-06-2023 [ 10:36 ] [ oxunub:180 ]
printerA+ | A-
103524

Bakıda keçirilən “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi altında “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı tədbir təşkil edilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fondun nümayəndəsi şair Fərid Hüseyn təşkilatın türk dünyasının maddi – mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. Fondun türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn, gələn il 300 illik yubileyi qeyd ediləcək Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayıb.

Dosent İsmixan Osmanlı Fondun türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi ilə əlaqədar keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, şairin əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu bildirib.

Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnsitutunun şöbə müdiri Rəhmanberdi Qodorov və İnsitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndiridiklərini bildiriblər.

Tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.

Sonda tədbir iştirakçıları görkəmli şair haqqında yayımlanan kitabların sərgisi ilə tanış olublar.