Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

MÜSABİQƏLƏR.MÜKAFATLAR

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

19-04-2017 [ 12:07 ] [ oxunub:154 ]
printerA+ | A-
43409

Son vaxtlar bir sıra Qeyri Hökümət Təşkilatlarının (QHT) dövlət orqanları, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları ilə əməkdaşlığı ənənə halını alıb. Bu cür QHT-lərdən biri də “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyidir. Bu təşkilat, Elmlər Akademiyasınının Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlıq edir. İnstitutun direktoru, Milli Məclisin Komitə sədri, Akademik İsa Həbibbəyli və “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə xanım Əsədova birgə tədbirlərin keçirilməsi barədə hələ 2015-ci ilin əvvəlində razılığa gəlmişlər. Ənənəvi tədbirlərdən biri də dekabrın 29-da “Yeni Yurd” sosial-ictimai birliyinin AMEA-nın Ədəbiyyat İnstitutu ilə birgə, bu İnstitutun Elektron zalında keçirildi. 

Tədbiri giriş sözü ilə AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Professor Məmməd Əliyev açaraq, bütün əməkdaşları yeni – 2016-cı il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik etdi. Sonra sözü professor Məhərrəm Qasımlıya verdi.

M.Qasımlı, AMEA Ədəbiyyat İnstitutunun il ərzində gördüyü işlər barədə məlumat verdi. Qeyd olundu ki, əvvəlki illərlə müqayisədə 2015-ci ildə 814 elmi məqalə çap edilib, müxtəlif elmi-tədqiqat işləri, beynəlxalq elmi konfranslar keçirilib ki, bu da ədəbiyyat sahəsində böyük nailiyyət hesab olunur. Ədəbiyyat İnstitutu Həmkarlar təşkilatının sədri Asif Rüstəmli öz çıxışında QHT-lərin bu cür fəallığını alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi.