Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi 10 ildə

14-07-2023 [ 12:37 ] [ oxunub:200 ]
printerA+ | A-
103611

       Məlumdur ki, sovet dövründə mövcud olmuş ideoloji-siyasi ya­saqlar Azər­­­bay­can siyasi mühacirətinin zəngin ədəbi-elmi ir­si­ni araş­dır­ma­ğa imkan verməmiş, bu irs­­­­­­­­lə nəinki kütləvi oxu­cu, heç Azər­bay­can ədəbiyyatı tarixi problemləri ilə məş­ğul olan mü­­tə­xəs­sis­lə­rin mütləq əksəriyyəti də tanış ola bilməmişdir.

           1991-ci il aprelin 1-dən 6-dək Azərbaycan EA Ni­za­­­­­­­mi adı­na Ədəbiyyat İnsti­tu­tunun (indiki Azər­­­bay­can MEA Ni­za­­­­­­­mi Gəncəvi adı­na Ədəbiyyat İnsti­tu­tu), Azər­­bay­­can Ya­zıçılar Bir­liyinin, «Və­tən» Cəmiy­yə­­ti­­nin, Azərbaycan Milli Ya­radıcılıq Qurumunun və Ankaradakı Azər­bay­­­­can Kül­tür Dər­­­­nə­­yi­nin Bakıda birgə təşkil etdikləri «Azər­baycan mü­ha­ci­rət ədə­biy­­­­­yatı» Bey­nəl­xalq el­mi simpoziumu bu istiqamətdə araş­dır­ma­la­ra mü­əyyən tə­­kan ver­­­­di. Sim­po­zi­um­­­da Azər­baycan müha­cirət ədə­biy­ya­tının və ədəbi-elmi fik­ri­nin bir sı­­­­ra görkəmli nü­­­­ma­yən­­də­lərinin yara­dı­cı­lığı ilə bağlı mə­ru­zə­lər oxundu, mü­zaki­rə­lər ke­­­­­çi­rildi. Əsa­sən ta­nıt­ma xa­rak­teri daşıyan həmin mə­ru­zə­lər ədə­­bi-el­mi icti­maiy­­yətin diq­­­­qətinin bu möv­zu­ya yönəldilməsi, sö­­zü­­gedən is­tiqamətdə araş­dırma­la­rın aktual­lı­ğı­­­­n­ın və zə­­­ru­ri­li­­­yi­nin əsas­­­­­lan­dı­rıl­ması baxımından dövrü üçün olduqca əhə­miyyətli idi.

      Simpoziumdan bir neçə ay sonra Azərbaycan Respub­li­ka­sı­nın dövlət müstəqilli­yi­­­­­­­­­nin bərpası humanitar və ictimai elmlər qar­­şısında yeni inkişaf perspektivləri açmış, so­­­­­­­­­vet döv­ründə ide­o­loji-siyasi mülahizələrlə yasaq olunmuş bir sıra möv­zuların ob­yek­­­­­­­­­tiv araşdırılması üçün münbit şərait yaratmışdır. Nəticədə Azər­­baycan mühacirət ədə­­­­­­­­­biyyatının toplanılması, nəşri və təd­qi­qi istiqamətində bir sıra diqqətəlayiq işlər gö­­­­­­­­­rülmüşdür. Biz hə­min işlərin böyük əksəriyyətindən müxtəlif məqalə və mono­qra­fi­­­­­­­­­­yalarımızda ətraflı bəhs etdiyimizdən, burada üzə­rində da­yan­­mırıq. Bununla belə, Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, araşdırıl­ma­sı və təbliği yö­nün­də gö­rü­lə­si işlər yetərincədir. Məhz bu zərurət Nizami adına Ədə­­­­­­­biy­yat İns­­titutunda Azərbaycan mühacirət ədəbiyyatı şö­bə­si­nin ya­ra­dıl­ma­sını şərt­­­­­­­lən­dir­miş­dir. Şöbə 2013-cü il iyulun 16-dan mü­vəq­qə­­ti struktur vahidi kimi fəa­liy­­­­­yətə baş­la­mış, Azər­bay­can MEA Rə­yasət Heyətinin 17 noyabr 2013-cü il tarixli qə­­­­­­­ra­rı ilə daimi struk­­tur vahidinə çevrilmişdir. Şöbənin qarşısında du­ran əsas və­zi­fə mü­­­­­­­ha­cirət ədəbiy­ya­tı­mı­zın sistemli şəkildə top­la­nıl­ma­sı­nın davam et­dirilməsindən və hə­­­­­­­min zəngin ədəbi-el­mi ir­sin nəşr və tədqiq edi­lərək Azər­bay­can xalqına çatdı­rıl­ma­sın­­­­­­­­dan iba­rət­dir.

          On il tarix üçün bir andır. Bəlkə də anın onda biridir, bəlkə də yüzdə biri. Bu müd­­dət ərzində şöbə təşkilatlanma mərhələsinin obyektiv çətinliklərini dəf edə-edə azsaylı kadr potensialı və məhdud maddi imkanlarla mü­­hacirət ədəbiyyatımızın toplanılması, nəşri, tədqiqi və təbliği yönündə bir sıra diq­qə­­­təlayiq uğurlar qazanıb.

         On illik fəaliyyət dövründə şöbə əməkdaşlarının 5 kitabı (Nikpur Cabbarlının «E­l­­­ç­in və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azər­­­­­bay­can ­mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mühacirət və XX əsr Azər­­baycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təhsil, 2015), Abid Tahirlinin «Cey­­hun Hacıbəylinin həyatı və yaradıcılığı» (Bakı: Elm və təhsil, 2019), «Mə­həm­məd Altunbayın həyatı və yaradıcılığı» (Bakı: Xəzər Universiteti nəşriyyatı, 2023), 250-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici el­­mi jurnallarda     8 mə­­qalə) çapdan çıxıb. 

    Azərbaycan Respublikası Pre­zi­­dentinin uyğun sə­rən­cam­larına əsasən, Mə­həm­məd Əmin Rəsulzadənin 130, Əli bəy Hü­seynzadənin 150, Ceyhun Hacıbəylinin 125, Əhməd Ağaoğlunun 150 illik yubileyləri ilə əlaqədar ola­­raq, bir sıra elmi və el­mi-təşkilati təd­bir­lər həyata ke­­çirilmişdir.  

         2016-cı il oktyabrın 10-11-də şöbənin təşkilatçılığı ilə ke­­­­çi­rilmiş «Azər­baycan mü­­­­hacirət ədə­­­biy­­­yatı: reallıqlar, problemlər, vəzifələr» mövzusunda II Beynəlxalq el­mi konf­­rans da milli mühacirətşünaslığımızın son illərdəki diqqətəlayiq uğur­la­rın­dan­dır. 1991-ci ildə Bakıda keçirilmiş ilk sim­po­zi­um­­dan 25 il sonra baş tutan bu tədbir, ey­­­­ni zamanda, Azərbaycan Respublikasının döv­­lət müs­tə­qil­­­liyinin bərpasının 25 il­li­yi­­­­nə həsr edilən tədbirlər silsiləsinin tərkib his­­səsi kimi dü­şü­­­nülmüşdü. Beynəlxalq stan­­­­dartlar səviyyəsində keçirilən konfransda Azər­bay­­­­can mühacirət ədə­biy­yatının toplanılması, nəş­­ri, təd­qi­qi, təb­­liği və tədrisi ilə bağlı ak­­­tual problemlərə həsr olunmuş məruzələr din­­lənilmiş, səmərəli müzakirələr ol­muş­dur. Konfransın ikinci günü «Azərbaycan mü­ha­­­ci­rət ədə­biy­­yatı kitabxanası» ki­­tab­lar se­­ri­ya­sının   «Məhəmməd Əmin Rəsulzadə» cildinin təq­di­­mat mərasimi də ke­çi­ril­miş­­dir.               

     Heç şübhəsiz, sözügedən konfrans Azərbaycan mühacirət ədəbiyyatının təd­qi­qi pers­­­­pektivləri baxımından əhəmiyyətli olmuşdur. Belə ki, konfransda müs­tə­qil­lik il­lə­rində bu istiqamətdə görülmüş işlər təhlil edilmiş, sahənin uğurları və prob­le­m­lə­ri təs­bit olunmuş, qarşıda duran vəzifələr dəqiqləşdirilmişdir.

   Mühacirətşünaslığın ədəbiyyat tarixçiliyi yönünün inkişaf et­­­dirilməsi, Azər­bay­can mühacirət ədəbiyyatının ayrı-ayrı gör­kəm­­­li nümayəndələrinin həyat və ya­ra­dı­cı­lıq yolunu dolğun əks et­­dirən portret-monoqrafiyaların hazırlanması qarşımızda du­ran baş­­lıca vəzifələrdəndir. Ceyhun Hacıbəyli və Məhəmməd Altunbayın həyatı və ya­ra­dıcılığı ilə bağlı monoqrafiyalar artıq işıq üzü görmüşdür. İlin sonunadək  Şahbaz Şa­mıoğlunun (Musayev) «Əh­məd Ağaoğlunun hə­­yat və yaradıcılıq yolu» mo­noq­ra­fi­ya­sı­nın tamamlanması nəzərdə tutulur. Yaxın illərdə Məhəmməd Əmin Rə­sul­za­də, Mir­zə Bala Mə­­həm­­mədzadə, Abay Dağlı bar­ə­də də bu tipli mono­qra­fi­ya­­­ların nəşri plan­­laş­dı­rı­lır.

     Bundan başqa, həyatı və yaradıcılığının böyük bir dövrü mühacirətlə bağlı olan Əli bəy Hüseynzadəyə həsr olunmuş «Böyük ədib və mütəfəkkir» məqalələr top­lu­su­nun hazırlanıb nəşr edilməsi də Azər­­baycan mühacirət ədəbiyyatı şöbəsinin həyata ke­­çir­diyi əhəmiyyətli layihələ­r­dən­dir.

     Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Xalq Cüm­­hu­riy­yə­ti­nin 100 il­­lik yubileyi haqqında» 16 may 2017-ci il, «2018-ci ilin Azər­­­­baycan Res­pub­­­li­ka­sın­­da «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi haq­qın­­da» 10 yan­var 2018-ci il, «1918-ci il azərbaycanlıların soyqırımının 100 il­liyi haq­qın­da»  18 yanvar 2018-ci il və «Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında» 5 yanvar 2022-ci il tarixli Sərəncamlarının icrası ilə əlaqədar ola­r­aq, şöbədə bir sı­ra işlər (məqalə çapı, beynəlxalq elmi konfranslarda məruzə, kitab təq­­dimatı və s.) ye­ri­nə yetirilmişdir.

***

         Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun   2015-ci il­­də elan edilmiş əsas qrant müsabiqəsinə şöbə əməkdaşlarının təqdim et­dik­lə­­­ri «Azər­­­­bay­can mü­ha­­­­cirət ədəbiyyatı: təşəkkülü, inkişaf mərhələləri və prob­lem­lə­ri» möv­zusunda komp­leks elmi tədqiqat layihəsi 2016-cı ilin oktyabrında qalib elan olun­­­­­muş və onun icrası 2 il ərzində (1 aprel 2017 − 1 aprel 2019) ger­çək­ləş­di­ril­miş­dir. Layihə çərçivəsində Azər­­­­­­bay­can mü­ha­­­­cirət ədəbiyyatının müx­tə­lif janrlarına (poe­zi­ya, nəsr, dramaturgiya, ədə­biyyatşünaslıq) və nəzəri prob­­lemlərinə dair araşdırmalar apa­rıl­mışdır. Layihə üzrə araşdırmaların yekunu kimi 20 mə­qalə,   3 mo­­noqrafiya hazırlanmış, 18 məqalə dərc edilmiş, 1 mo­noq­ra­fi­ya – (Şah­baz Şa­mı­oğ­­lu­ (Musayev). Azərbaycan mühacirət irsi: nəsr və ədə­biy­yat­şü­naslıq. Bakı: Elm və təhsil, 2023, 332 s.) artıq çap­dan çıxmış, di­gər 2 monoqrafiya isə ma­liy­yə vəsaiti tapılan ki­mi nəşr edi­ləcəkdir.

***

     Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi sahəsində iş­lə­rin intensivliyinə ma­ne olan başlıca səbəblərdən biri, bəlkə də bi­rin­cisi bu ədəbiyyatın mətnlərinin böyük ək­­­­­­səriyyətinin bib­li­o­qra­fik nadirəyə çevrilməsi, bir qisminin isə avtoqraf və əlyaz­ma­sı halında, qeyri-mətbu statusda diq­qətdən kənarda qalmasıdır. Dün­yanın müxtəlif ki­tab­­­­­­xana və ar­xivlərində (o cümlədən şəxsi) mü­hafizə edilən yüzlərlə kitab, qə­zet və dər­­­­­­ginin səhifələrinə sə­pə­lənmiş həmin mətnləri əldə et­mək araşdırmaçılar üçün heç də asan deyildir. Bu problemi əhəmiyyətli dərəcədə çöz­mək məq­sə­di­lə Azərbaycan MEA Ni­zami Gəncəvi adına Ədə­biyyat İn­s­ti­tu­tu «Azər­bay­can mühacirət ədəbiy­yatı ki­­­­tab­xa­na­­­sı» seriya­sın­­dan silsilə ki­tabların nəşrinə baş­la­mışdır. Bu se­riya İns­titutun və­­­­­sa­­tə­ti­nə əsa­­sən, Azərbaycan MEA Rə­yasət He­yə­ti­nin 21 aprel 2010-cu il tarixli 10/16 №-li qə­­­ra­rı ilə tə­sis edilmiş, nəş­rin Bey­nəl­­xalq Re­daksiya He­­yə­ti təsdiq olun­muş­­­­­dur. Lakin bir sıra ob­yek­tiv və sub­yektiv məqamlar uzun müd­dət sözügedən se­­ri­ya­­­­nın nəşri isti­qa­­­­mə­tində əmə­li addımlar atıl­masına imkan ver­mə­miş­dir. Yalnız İns­ti­tut­­­­da Azər­bay­­can mü­­­ha­­cirət ədə­biy­­yatı şöbəsinin fəa­liy­yətə baş­laması ilə XX əsr ədə­­­­­­biy­­ya­tı­mı­zın bu zəngin qolunun tədqiqi və nəşrə ha­zır­­lanması yö­­­nündə iş­lər geniş vü­­­sət al­mış­dır.

         Azərbaycan MEA Rəyasət Heyətinin 11 dekabr 2013-cü il ta­­rixli 24/7 №-li qə­ra­­­­­­rı ilə «Azərbaycan mühacirət ədəbiyyatı ki­tab­xanası» seriyasının nü­fu­zu­nun yük­səl­­­­­­­­dilməsi, akademik ba­za­lar­da təmsilçiliyi və bey­nəl­xalq elmi icti­ma­iy­yə­tə ta­nı­dıl­ma­­­­­­­­sı məq­sədilə, eləcə də iki üzvünün vəfatı ilə əla­qə­dar olaraq, nəşrin Re­daksiya He­­yə­­­­­­ti ye­ni tərkibdə təsdiq edil­miş­dir.  

       Seriyanın, ilkin olaraq, 25 cilddə nəşri planlaşdırılır. Cild­lə­rin əsasını Azər­bay­can, Türkiyə, Almaniya, Fransa və Polşanın müx­­təlif kitabxana və arxivlərindən, şəx­si fond­­lardan toplanmış mət­­bu və qeyri-mətbu əsərlər təşkil edir. Bu əsərlərin bö­­­­­yük ək­­­səriyyəti ilə Azərbaycanın geniş oxucu kütləsi ilk dəfə tanış ola­­caqdır. Artıq hə­­­min se­­­riyadan 6 kitab − M.Ə.Rəsulzadə. «Mühacirət dövrü ədəbi-elmi irsindən seç­mə­­­­lər», Cey­­­­hun Hacıbəylinin «Seçilmiş əsərləri», Səlim Rəfiq Rəfioğlunun «Füzuli» araş­dır­ma­­­sı, Teymur Atəşlinin «Seçilmiş əsərləri», Alazan Baycanın  «Əsərləri» və Sü­ley­man Təkinərin «Seçilmiş əsərləri» işıq üzü görmüşdür. Sahə mü­­tə­xəs­sisləri, mü­ha­ci­rət problemi ilə maraqlananlar bu cildləri rəğbətlə qar­şı­la­mış­lar. Ya­xın illərdə bu se­ri­ya­­­dan Mirzə Bala Məhəmmədzadə, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), Əb­dül­va­hab Yurdsevər, Abay Dağlı, Məhəmməd Sa­dıq Aran və b. mühacir ya­zar­la­rın ədə­bi-el­­­mi irsini əhatə edən növbəti cildlərin çapı planlaşdırılır.   

        İnanırıq ki, sözügedən seriyada nəşr ediləcək kitablar ədə­bi-elmi ictimaiyyətin rəğ­­­­­­­­­­­bətini qazanacaq, ölkəmizdə müha­ci­rət ir­sinə marağı artıracaq, milli mühacirət­şü­nas­­­­­­­­­­lığın inkişa­fında əhə­­­miyyətli rol oynayacaqdır.  

      Adətən, deyirlər ki, ədəbiyyat insanşünaslıqdır. Təbii, bu, doğrudan da, belədir. Azər­­­­­­baycan mühacirət ədəbiyyatı da insanın ən əsas hüququnu – yaşamaq, özü də azad və müstəqil dövlətin vətəndaşı olaraq yaşamaq hüququnu təsbit edir. «İnsanlara hür­­­­­­riyyət, millətlərə istiqlal» kəlamı bu ədəbiyyatın ideya-siyasi yönünü müəyyən edir. Bu gün şöbəmizin fəaliyyətə başlamasının on illiyini qeyd edərkən biz həmin ədə­­­­­­­biyyatın yaradıcılarının əziz xatirəsini bir daha anır, onların qərib ruhlarının şad ol­­­­­­­masını Aləmlərin Rəbbindən diləyir, mühacirətşünas həmkarlarımıza və bütün qə­ləm dostlarımıza isə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

        Bir kərə yüksələn bayraq bir daha enməz!  

 

Nikpur Cabbarlı

            Azərbaycan MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

                     Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, 

                       filologiya elmləri doktoru, dosent,  

                      Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

nikpur16@gmail.com