Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib

07-06-2023 [ 14:17 ] [ oxunub:206 ]
printerA+ | A-
103478

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türkmən ədibi “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Türkmənistandan olan alimlər də iştirak edirlər.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. O, çıxışında bildirib ki, bu tədbir qardaş Türkmənistanla birgə keçirilən tədbirlərdən biridir. Türkmənistanla olan ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən alim son illər ərzində qarşılıqlı əməkdaşlığın nəticəsi olan real işləri xatırladıb. Məhtimqulu Fəraqi nəşrlərini xüsusi vurğulayan natiq, Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazmasından və onun türk xalqlarının tarixindəki əhəmiyyətindən bəhs edib. Bu əsərlə bağlı bir neçə tədbirin keçirildiyini vurğulayıb.

Sonra Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Salar Babanın əsərinin türk xalqlarının tarixində rolu” mövzusunda məruzə edib.

Tədbirdə Türkmənistan Elmlər akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar institutunun direktoru Davut Orazsəhedov çıxış edərək qarşılıqlı əməkdaşlığın müsbət nəticələrindən danışıb. Türkmənistanlı alimlərdən  filologiya elmləri namizədləri Gülcəmal Gummanova, Rəhmanberdi Qodarov, elmi işçilər Meylis Caparov və Məqsəd Meredov da çıxışlarında Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əhəmiyyətindən söz açıblar

FOTO QALEREYA