Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

There was fire in a soul... In memory of Ganira Pashayeva - Vagif Yusifli

06-10-2023 [ 10:52 ] [ read:93 ]
printerA+ | A-
103760

Ganira Pashayeva has passed away, and I cannot get over the loss of a member of parliament, a kind, brave person, who reflected in her face all the wonderful qualities of a real Azerbaijani girl. I remembered our last two meetings: our wonderful poet Ali Karim invited me to a great event, which he held with love for his work. He was the first to speak. To be honest, I didn't expect this. I knew that Ganira loved poetry. But at this event I discovered a writer with a deep understanding of poetry. Our second meeting was on the occasion of my 75th birthday.

Ganira Pashayeva was known throughout the Turkic world, and she was loved very much.

I first met her as a journalist, and she was a fiery person who did not hesitate to respond promptly and honestly to issues of concern. Her interview culture was based on interesting nuances. Her style did not change not only in interviews, but also in her journalistic works.

Bu od parçasının Oda çevrilməsi, içindəki yanğını təkcə bir jurnalist kimi deyil, xalqın elçisi kimi alova çevirməsi Azərbaycanın birinci dövlət və talelər məclisində hamının gördüyü bir xoş mənzərə idi. Milli Məclis xalqın hər bir elçisindən yüksək məsuliyyət, işgüzarlıq, həll etmək istədiyi məsələləri təkcə sözdə deyil, əməldə reallaşdırmağı tələb edən ali orqandır. O qız - o od parçası Milli Məclisin hər bir iclasında lazım olan məqamda sözünü deyirdi. Daim xalqın içində  idi. Təkcə seçildiyi Tovuz dairəsində - öz doğma rayonunda deyil, Azərbaycanın hər bir guşəsində tanıyırdılar onu. Dərdlərini, onları narahat edən problemləri çəkinmədən ona söyləyir, kömək diləyirdilər. O da əlindən gələn köməyi əsirgəmirdi. Ağsaqqalların, ağbirçəklərin, cavanların ehtiyaclarına, bəzən həlli müşkül problemlərinə çarə tapmaq onun təkcə vəzifə borcundan irəli gəlmir, həm də insani - mənəvi duyğularından nəşət edirdi. Milli Məclisin Mədəniyyət komissiyasının sədri idi. Düzgün seçim idi, çünki o, bütün varlığı ilə bu aləmin bir parçasıdır, yazıçıları, bəstəkarları, musiqiçiləri, teatr işçilərini, rəssamları çox yaxşı tanıyır, onların tədbirlərində iştirak edir, "qayğı sözü və qayğı özü" ifadəsini reallaşdırırdı. Yaxşı yadımızdadır, gözəl şair-rəssam Adil Mirseyid (Allah rəhmət eləsin!) ehtiyac içində çabaladığtı, xəstə olduğu bir vaxtda Qənirə xanım bu istedadlı insandan köməyini əsirgəmədi, onun rəssamlıq əsərlərinin sərgisini, kitabının təqdimatını təşkil etdi. Belə misalların sayını xeyli artıra bilərik.

Tovuz hadisələri baş verəndə Qənirə Paşayeva əyninə əsgər paltarı geyindi, döyüşlər səngiyənə qədər oradan çəkilmədi, hətta bir müsahibə vaxtı lap yaxınlığına mərmi düşdü. Sürücüsü olan oğlum Yaşar Yusifli də həmin vaxt onun yanında idi.

Televiziya kanallarında tez-tez onu görür, hansı məsələ olursa, onun hədəfə düz vuran çıxışlarının şahidi olurduq. Artıq onda əsl millət vəkilinə xas olan nitq mədəniyyətinin çoxdan formalaşdığı da gün kimi aydın görünürdü.

Millət vəkili Qənirə Paşayeva həm də şair idi.

Və budur, onun mənə bağışladığı "...Və sonra" şeirlər kitabı qarşımdadır. Milli Məclisdə bu vaxtacan şair də görmüşük, dilçi də, ədəbiyyatşünas da, bəstəçi də, aktyor da. Hətta ixtisası jurnalistikadan, filologiyadan tamam uzaq olan millət vəkillərinin içərisində şeirlə məşğul olanlar, şeir kitabı çap edirənlər də olub və var. Amma Qənirə xanımın şairliyi təkcə poeziyaya hüsn-rəğbətindən irəli gəlməyib. Birincisi, Tovuzun aşıq-şair mühiti, ikincisi, ədəbiyyata həvəsli ata-anası, üçüncüsü, görkəmli ədəbiyyatşünas, professor olan əmisi Qəzənfər Paşayev və dördüncüsü, ən əsası özünün hələ ilk gənclik illərindən şeir yazması burada təsirli rol oynayıb. Üç il öncə o, "...Və sonra" adlı ilk şeirlər kitabını çap etdirdi. Bu kitab artıq Arazın o tayında da çap olunub. Kitabdakı ilk şeirin adı "Qarabağ"dır:

Qarabağ!

Sənsiz yaşamaq çətin...

Bu, sınağıdır Sən adlı məhəbbətin.

Sənsən and yerim mənim.

Sən bu dünyaya bənd yerim mənim.

Qarabağ!

Sənsiz ölsəm...

Bağışlama məni.

Qəbrim səndə qazılmasa...

Adım Şuşa qalasına

qanla yazılmasa,

bağışlama...

Bağışlama məni...

Hər bir azərbaycanlının içindən keçən arzu, müqəddəs duyğudur bu.

Onun şeirlərində də dünyanın onun duyğularına səpələnmiş rəngləri, zərifliyi, incəliyi, gül-çiçəkliyi, kədəri, sevinci, sərtliyi nəzərə çarpır. Şeirlərində essevari çalarlar az deyil, amma o, şeiri Şeir kimi yazırdı. Texnologiyası - vəzni, qafiyəsi, misralar arasındakı məntiqi ardıcıllığı öz yerində, fikir-düşüncə, məzmun-məna qolu ilə hissin, duyğunun vəhdəti də öz yerində. Onun "Ana" şeirini həyəcansız oxumaq olmur. Əslində, bu, kiçik duyğular poemasıdır. Və bu poemada həm o qızın öz anasının portreti var, həm də bütün analarımızın. Əgər onun şairliyinin mənəvi üçbucağını müəyyənləşdirməli olsaq, üç sözün üzərində dayanarıq: öncə Yurdçuluq. Bu sözün ən böyük mənası Vətənpərvərlikdir. O, Azərbaycanı mədh edən şeirlərində də, şəhidlərdən yazanda da, doğulduğu ocaqdan söz açanda da yurdçudur, vətənçidir. Daha geniş mənada Türkçüdür, Turançıdır.

Ana, bilməm, yadındamı,

Hər cəbhəyə zəng edəndə,

Hər telefon açanda,

"Vətən" deyə çağırardı atam məni...

De ki, Vətən vətən oldu,

De ki, Vətən sağ olsun!

Təki Vətən sağ olsun!

İkinci söz Eşqdir. Bu sözü təkcə intim duyğular mənasında yox, onun əhatə etdiyi bütün mənalarda anlayırıq. Amma birinci sırada könlün sevgisi, unudulmayan və xatirələrdə yaşayan Eşq.

Səni gözlərimə səpib,

Göz yaşımla böyütdüm.

Səni könlümə sarıb,

Savaşımla böyütdüm.

Səni illərə verib,

Umudla böyütdüm,

İndi kiçildə bilmirəm.

Üçüncü söz Zəriflikdir. Və onun Kövrəklik oxşarı. Təbii ki, hisslərin, duyğuların zərifliyi.

Dünya göz yaşına dəyməz,

Ağlama, tənha qadın.

Yağmurların ağlatdığı,

Mahnıların sızlatdığı,

Həsrətlərin özlətdiyi

"Kimdi?" - deyə axtarmayın,

Mənəm o qadın...

Ümumiyyətlə, onun şeirlərində analıq-qadınlıq-mələklik duyğuları şahə qalxır, bəzən hədd-hüdud bilmir. Bu şeirlərdə qəm də var, sevinc də, amma "ağlamalı", göz yaşları içində hıçqırmalı nəsə yox. Hətta "Bu gecə ölmək istəyirəm" deyəndə də yenə hıçqırmır, sadəcə, ürəyinin üsyanını bəyan edir. Kitaba ön söz yazan şair İbrahim İlyaslının sözünə haqq verirəm: "Onun şeirlərində duyğusallıq düşüncədən, düşüncə duyğusallıqdan doğur və bir vəhdət halında oxucuya çatdırılır".

Allah rəhmət eləsin Türkün böyük qızı Qənirəyə!

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru

www.525.az 

OTHER NEWS