Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Maarifçi realist ədəbiyyatın görkəmli nümayəndəsi (Nəcəf bəy Vəzirov - 170) - Professor İslam Qəribli

02-04-2024 [ 14:56 ] [ oxunub:258 ]
printerA+ | A-
104431

Azər­bay­can dra­ma­tur­gi­ya­sın­da M.F.Axun­d­za­də ədə­bi ənə­nə­lə­ri­nin dir­çə­li­şi və yük­sə­li­şi biləva­si­tə adı ilə bağ­lı­ olan, M.F.Axund­za­də­dən son­ra “ikin­ci dra­ma­turq” şə­rəf­li adı­nı qa­za­nan Nəcəf bəy Vəzirov XIX əs­rin so­nu, XX əs­rin əv­və­lin­də Azər­bay­­can ədə­biy­ya­tın­da rea­list ədə­bi hə­rə­ka­tın in­ki­şa­fın­da müs­təs­na xid­mət­lə­ri olan ya­zı­çı­lar­dandır. O, “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Adı var, özü yox”, “Dal­dan atı­lan daş to­pu­ğa də­yər”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”, “Pəh­­ləv­na­ni-zə­ma­nə” və s. pyes­lə­ri ilə bö­yük sə­lə­fi­nin ko­me­di­ya ya­ra­dı­cı­lı­ğı ənə­nə­lə­ri­ni uğur­la in­ki­şaf et­dir­mək­lə ya­na­şı, ədə­biy­ya­tı­mız­da ye­ni dra­ma­tik for­ma­la­rın ya­ran­ma­sı­na yol aç­mış, “Mü­si­bə­ti-Fəx­rəd­din”lə fa­ciə­nin, “Keç­miş­də qa­çaq­lar”la si­ya­si mün­də­ri­cə­li dra­mın əsa­sı­nı qoy­muş­dur.

N.Və­zi­ro­vun ic­ti­mai və ədə­bi fəa­liy­yət alə­mi­nə gə­li­şi Azər­bay­can mü­hi­tin­də cid­di so­si­al sar­sın­tı və də­yi­şik­lik­lə­rin baş ver­di­yi, M.F.Axund­za­də­nin maa­rif­çi, de­mok­ra­tik gö­rüş­lə­ri­nin ya­yıl­dı­ğı və in­ki­şaf et­di­ril­di­yi il­lə­rə tə­sa­düf edir. Ədib ya­ra­dı­cı­lı­ğı­nın ilk ad­dım­la­rın­dan üzə­rin­də XIX əsr Azər­bay­can ic­ti­mai və ədə­bi fik­ri­nin iki nə­həng xa­di­minin – M.F.Axund­za­də­nin tə­si­ri­ni, H.M.Zər­da­bi­nin qay­ğı­sı­nı hiss et­miş­di. O, “Əkin­çi”də cə­miy­yə­ti ye­ni­ləş­dir­mək uğ­run­da ge­dən mü­­ba­­ri­zə­lə­rə qo­şu­la­raq bə­dii sə­nət­də mü­ha­fi­zə­kar­lıq, təq­lid­çi­lik, ide­ya­sız­lıq əley­hi­nə çı­xan Hə­sən bəy Zər­da­bi, Əh­sə­nül-Qə­va­id, Se­yid Əzim Şir­va­ni ilə bir sı­ra­da ədə­biy­ya­tın hə­yat­la əla­qə­si­nin möh­kəm­lən­mə­si işin­də fə­al və­tən­daş­lıq möv­qe­yi nü­ma­yiş et­dir­miş­dir.

N.Və­zi­ro­vun ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­nin ay­rı-ay­rı mər­hə­lə­lə­rin­də zə­ma­nə­nin tə­ləb­lə­ri, da­ha doğ­ru­su, əs­rin ak­tu­al ha­di­sə­lə­ri­nə və zə­ru­ri prob­lem­lə­ri­nə bu və ya baş­qa ədə­bi for­ma­nın çe­vik ca­vab ver­mək im­kan­­la­rı həl­le­di­ci rol oy­na­mış­dır. Ya­zı­çı XIX əs­rin 70-ci il­lə­rin­də ki­çik dra­ma­tik və epik for­ma­lar­da ko­me­di­ya, he­ka­yə və mə­qa­lə yaz­dı­ğı hal­da, 90-cı il­lər­də Azər­bay­can cə­miy­yə­ti­nin mə­nə­vi tə­ləb­lə­rin­dən, ədə­bi hə­rə­ka­tın xü­su­siy­­yət­­lə­rin­dən irə­li gə­lən, maa­rif­çi­lik ide­ya­la­rı­nın təb­li­ği­nə əl­ve­riş­li zə­min ya­ra­dan irihəcm­li dram əsər­lə­ri ya­rat­maq işi­nə üs­tün­lük ver­mişdir.

N.Və­zi­rov ko­me­di­ya­la­rı­nın möv­zu­la­rı bir qay­da ola­raq XIX əs­rin so­nu, XX əs­rin əv­və­lin­də Azər­bay­can cə­miy­yə­­ti­ni təm­sil edən əsas tə­bə­qə­lə­rin – mül­kə­dar­la­rın (“Ev tər­bi­yə­si­nin bir şək­li”, “Adı var, özü yox”, “Vay şə­lə­küm mə­əl­lə­küm”), ta­cir-baq­qal­la­rın (“Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”, “Pul düş­kü­nü Ha­cı Fə­rəc”, “Nə əkər­sən, onu bi­çər­sən”), mə­mur­la­rın (“Dal­dan atı­lan daş to­pu­ğa də­yər”, “Son­ra­kı peş­man­çı­lıq fay­da ver­məz”), zi­ya­lı­la­rın (“Pəh­lə­va­­­nani-zə­ma­nə”) hə­ya­tın­dan gö­tü­rül­müş­dür. Şüb­hə­siz, ko­me­di­ya­la­rın möv­zu­­la­­rı­­na gö­rə bu şə­kil­də təqdi­mi şər­ti sə­ciy­yə da­şı­yır.

N.Və­zi­ro­vun ko­me­di­ya­la­rın­da ailə mü­na­qi­şə­lə­ri zə­mi­nin­də şəx­siy­yət və cə­miy­yət, fərd və mühit, in­san dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sın­da so­si­al-ic­ti­mai şə­ra­­i­­tin, tər­bi­yə­nin ro­lu ki­mi məsə­lə­lər apa­rı­cı yer tu­tur­du. Bun­la­rın qa­ba­­rıq ifa­də­si­nə ya­zı­çı­nın “Ev tər­bi­yə­si­nin bir şək­li” və “Adı var, özü yox” ko­me­di­ya­la­rın­da da­ha çox rast gə­li­nir.

N.Və­zi­ro­vun bi­zə gə­lib ça­tan bir məc­lis­dən iba­rət ilk dra­ma­tik əsə­ri olan “Ev tər­bi­yə­si­nin bir şək­li” ko­me­di­ya­sı “1875-ci il­də İrə­van­da ya­zıl­mış və ilk də­fə “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” (1900) ki­ta­bın­da nəşr olun­muş­dur. Ədi­bin bu ko­me­di­ya­sın­da ka­pi­ta­­list mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı ilə for­ma­la­şan müa­sir so­si­al tə­si­sat­la­ra qo­şul­maq is­tə­yən, la­kin mü­hi­tin daş­laş­mış zə­rər­li ənə­nə­lə­ri­nin tə­si­rin­dən irə­li gə­lə­rək məq­sə­di­ni hə­ya­ta ke­çir­mək üçün ki­fa­yət qə­dər ic­ti­mai ha­zır­lı­ğı, mə­də­ni in­ki­şaf sə­viy­yə­si və müa­sir əx­laq nor­ma­la­rı­na bə­ləd­li­yi ol­ma­yan mül­kə­dar­la­rın əh­val-ru­hiy­yə­si əks olun­muş­dur. Adın­dan da gö­rün­dü­yü ki­mi, ko­me­di­ya­­da mül­kə­dar hə­ya­tı­nın müx­tə­lif tip­li si­ya­si, iq­ti­sa­di, in­zi­ba­ti prob­lem­lə­ri və ha­di­sə­lə­ri de­yil, an­­caq mə­nə­viy­yat və əx­laq­la bağ­lı bir səh­nə təs­vir edil­miş­dir. Əsə­rin konf­lik­ti bir-bi­ri­ni müx­tə­lif gü­nah­lar­da it­ti­ham edən, la­kin ey­ni mə­rə­zə dü­çar olub, on­dan əzab çək­­dik­­lə­ri­ni ba­şa düş­mə­yən var­lı, am­ma qa­ba və mə­də­niy­yət­siz ata ilə tən­bəl və tər­bi­yə­siz oğul­lar ara­sın­da müa­sir tə­rəq­qi mə­sə­lə­lə­ri­nə müna­si­bət­dən do­ğan zid­diy­yət­lər üzə­rin­də qu­rul­muş­dur.

N.Və­zi­rovun ya­ra­dıcı­lı­ğı­nın müx­tə­lif mər­hə­lə­lə­rin­də ya­zıl­ma­la­rı­na bax­ma­ya­raq, möv­zu və prob­le­min ox­şar­lı­ğı, konf­lik­tin həl­li üsul­la­rı ba­xı­mın­dan “Ev tər­bi­yə­si­nin bir şək­li” ilə 1891-ci ildə yazdığı “Adı var, özü yox” ko­me­­di­ya­­la­rı ara­sın­da müş­tə­rək cə­hət­lər çox­dur. Baş­qa söz­lə, on­lar ey­ni hə­ya­tın ay­rı-ay­rı səh­nə­lə­ri­ni əks edib, bi­ri di­gə­ri­ni ta­mam­la­yır və mül­kə­dar ma­li­ka­nə­lə­rin­də ge­dən böh­ran­lı pro­ses­lər haq­qın­da bü­töv tə­səv­vür ya­ra­dır. Da­ha doğ­ru­su, “Ev tər­bi­yə­si­nin bir şək­li”ndə es­kiz ha­lın­da təq­dim edi­lən mül­kə­dar məi­şə­ti, onun tər­bi­yə­siz­lik və tən­bəl­lik aza­rı­na tu­tul­muş adam­la­rı “Adı var, özü yox”da Cən­nə­tə­li ağa­nın mə­ha­rət­lə se­çil­miş və ti­pik­ləş­di­ril­miş ma­li­ka­nə­si fo­nun­da “na­tu­ra­dan çə­kil­miş” (M.İb­ra­hi­mov) per­so­naj­lar va­si­tə­si­lə ge­niş miq­yas­da təq­dim olun­muş, giz­li gu­şə­lə­ri aş­ka­ra çı­xa­rı­la­raq sa­ti­rik gü­lü­şün qüd­rə­ti­lə if­şa edil­miş­dir.

N.Və­zi­rov maa­rif­çi rea­list sə­nət­kar idi. O, ko­me­di­ya­la­rı­nın möv­zu­su­nu bir qay­da ola­raq ger­çək­lik­dən gö­tü­rür, ta­cir, mül­kə­dar hə­­ya­­tı­nın əl­van və zid­diy­yət­li səh­nə­lə­ri­ni, küt­lə­vi su­rət­də ya­yı­lan fakt­­la­­rı­nı, ti­pik in­san sə­ciy­yə­lə­ri­ni təs­vir edir­di. La­kin hə­yat­dan əxz olun­muş səh­nə­lər və in­san sə­ciy­yə­lə­ri ya­zı­çı­nın təs­vi­rin­də bir məq­sə­də – an­caq maa­rif­çi gö­rüş­lə­ri­nin ifa­də­si­nə xid­mət edir­di.

N.Və­zi­rovun pyes­lə­ri­nin bü­tün mün­də­ri­cə, ide­ya, sü­jet, kom­po­zi­si­ya, xa­rak­te­ri in­ki­şaf et­dir­mək va­si­tə­lə­ri və s. bə­dii kom­po­nent­lər “in­kar və təs­di­qin vəh­də­ti” üzə­rin­də qu­rul­muş­dur. Bu­ra­dan irə­li gə­lə­rək onun ko­­me­­di­ya­la­rı­nın bir qru­pu qo­şa sü­jet­li və qo­şa ide­ya­lı əsər­lər­dir. Bu xü­su­siy­yət “Dal­dan atı­lan daş to­pu­ğa də­yər”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”, “Pul düş­kü­nü Ha­cı Fə­rəc”, “Son­ra­kı peş­man­çı­lıq fay­da ver­məz”, “Vay şə­lə­küm məə­lə­küm” pyes­­lə­rin­də qa­ba­rıq su­rət­də nə­zə­rə çar­pır. Bu ko­me­di­ya­lar­da əs­ki şü­ur və dü­şün­cə tər­zi­nin və na­qis əx­la­qi si­fət­lə­rin tən­qi­di mü­tə­rəq­qi fi­kir və ide­al­la­rın müx­tə­lif şə­kil­də təb­li­ği ilə pa­ra­lel ve­ri­lir.

Dra­ma­turq sa­ti­rik tən­qid və di­dak­tik təq­dir va­si­tə­si­lə diq­qə­ti cə­miy­yət­də mən­fi və müs­bət qütb­lə­rin mü­ba­ri­zə­si­nə cəlb edir, bi­ri­nə rəğ­bət, di­gə­ri­nə nif­rət ya­ra­dır. Qa­ran­lıq mə­i­­şət, ey­bə­cər dü­şün­cə tər­zi, na­qis əx­laq nor­ma­la­rı, fə­na in­san mü­na­si­­bət­lə­ri bu ko­me­di­ya­la­rın əsas tən­qid və gü­lüş hə­dəf­lə­ri­dir. La­kin “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Adı var, özü yox” pyes­lə­rin­dən fərq­li ola­raq ya­zı­çı bu­ra­da yal­nız mən­fi və xəs­tə cə­hət­lə­ri gös­tər­mək, on­la­ra ik­rah do­ğur­maq­la ki­fa­yət­lən­mə­miş, XIX əs­rin so­nun­dan baş­la­ya­raq Azər­­bay­can hə­ya­tın­da qa­ba­­rıq su­rət­də nə­zə­rə çar­pan köh­nəl­miş məi­şət tər­zi­nə, zə­rər­li adət-ənə­nə­lə­rə qar­şı çı­xan, on­la­rın müa­sir qay­da­lar­la əvəz olun­ma­sı uğ­run­da mü­ba­ri­zə apa­ran mü­tə­rəq­qi qüv­və­lə­ri də gö­rüb təs­vir et­miş­dir.

Bu ba­xım­dan dörd məc­lis­dən iba­rət, “1890-cı il­də ya­zıl­mış və ilk də­fə 1893-cü il­də Şu­şa­da çap olu­nan “Dal­dan atı­lan daş to­pu­ğa də­yər” ko­me­di­ya­sı ma­raq­lı xü­su­siy­yət­lə­rə ma­lik­dir. Pye­sin möv­zu­su bəy-mə­mur ailə­lə­ri­nin məi­şə­tin­dən gö­tü­rül­müş­dür. Möv­hu­mi tə­səv­vür­lə­rə, ca­du­gər­li­yə və bun­la­rın ic­ra­çı­la­rı­na qar­şı mü­ba­ri­zə əsə­rin ide­ya­sı­nı təş­kil edir. Əya­lət şə­hər mü­hi­ti, sa­kin­lə­ri­nin xır­da məi­şət qay­ğı­la­rı, on­la­rı hə­ya­ta ke­çir­mək təd­bir­lə­ri və bun­la­rın do­ğur­du­ğu gü­lünc nə­ti­cə­lər əsə­rin əsas tən­qid hə­də­fi­dir.

Möv­zu­su mə­mur hə­ya­tın­dan alın­mış, “1891-ci il­də ya­zıl­mış və ilk də­fə Şu­şa­da “Dal­dan atı­lan daş to­pu­ğa də­yər” ko­me­di­ya­sı ilə bir yer­də ki­çik bir ki­tab­ça­da çap edi­lən” üç məc­lis­dən iba­rət olan “Son­ra­kı peş­man­çı­lıq fay­da ver­məz” əsə­rin­də ya­zı­çı­nın idea­lı­nı ifa­də edən su­rət­lər xü­su­si cəb­hə təş­kil edir. Dra­ma­turq müs­bət və mən­fi qütb­lə­ri qar­şı-qar­şı­ya qo­yur, ailə-məi­şət mə­sə­lə­lə­ri­nə da­ir etik gö­rüş­lə­ri­ni ifa­də edir. Ko­me­di­ya­da köh­nə­lik­lə ye­ni­li­yin mü­ba­ri­zə­si mə­mur ailə­lə­rin­də qay­na­na-gə­lin, gə­lin-bal­dız mü­­na­­si­bət­lə­ri­nin fo­nun­da təs­vir olu­nur.

“İn­kar və təs­diq” de­vi­zi­nin prin­si­pi­nə uy­ğun ola­raq cə­ha­lət dün­ya­­sın­­dan mi­ras qal­mış zə­rər­li şü­ur və çir­kin əx­laq nor­ma­la­rı­na ya­zı­çı mü­na­­si­bə­ti­ni ifa­də et­mək ba­xı­mın­dan “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük” və “Pul düş­kü­nü Ha­cı Fə­rəc” ko­me­di­ya­la­rı da­ha ka­mil və diq­qə­tə­la­yiq­dir. Möv­zu­su Ba­kı ti­ca­rət bur­jua­zi­ya­sı­nın hə­ya­tın­dan gö­tü­rü­lən və onun bir-bi­rin­dən se­çi­lən müx­tə­lif lay­la­rı­nı və mər­hə­lə­lə­ri­ni təs­vir edən bu iki pyesdə mü­əl­li­f di­gər əsər­lə­rin­dən fərq­li ola­raq müs­bət idea­lı­nın ifa­də­sin­dən öt­rü bir epi­zod­da iş­ti­rak edən “if­şa­çı” və “nə­si­hət­çi” ob­raz­la­rın­dan is­ti­fa­də et­mir. O, hər iki ko­me­di­ya­nın sü­je­ti­nə müs­bət idea­lı­nı ifa­də edən və fi­kir­lə­ri­nin ru­po­ru­na çev­ri­lən ob­raz­lar da­xil et­miş, on­la­rın ha­di­sə­lə­rin bü­­tün in­ki­şaf mər­hə­lə­lə­rin­də əs­ki dün­ya­nın rə­za­lət­lə­ri­nə qar­şı çı­xış­la­rı­nı gös­tər­mək­lə pyes­lə­rin ic­ti­mai mün­də­ri­cə­si­ni qüv­vət­­lən­dir­miş­dir.

“Ya­ğış­­dan çıx­dıq, yağ­mu­ra düş­dük” ko­me­di­ya­sı­nın sü­je­ti əsə­rin adı­na uy­ğun ola­raq qo­şa xət­li və qo­şa ide­ya­lı­dır. İlk də­fə “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” ki­ta­bın­da (1900) çap olunan dörd məc­lis­dən iba­rət olan “bu ko­me­di­ya baş qəh­rə­ma­nı­nın adı ilə “Ha­cı Qəm­bər” də ad­la­nır. Əsər 1875-ci il­də ya­zıl­mış və 1895-ci il­də ye­ni­dən iş­lə­nə­rək təs­hih edil­miş­dir.

1924-cü ilin iyun ayı­nın əv­və­lin­də yaz­ılan və ilk də­fə 1935-ci il­də akadermik Fey­zul­la Qa­sım­za­də­nin top­la­yıb tər­tib və Se­yid Hü­sey­nin re­dak­tor­lu­ğu ilə çı­xan “Nə­cəf bəy Və­zi­rov. Əsər­lə­ri” ki­ta­bın­da çap olu­nan  dörd məc­lis­dən iba­rət “Pul düş­kü­nü Ha­cı Fə­rəc” ko­me­di­ya­sın­da Ba­kı ti­ca­rət bur­jua­zi­ya­sı­nın XX əs­rin əv­və­lin­də ye­ni in­ki­­şaf mər­hə­lə­si təs­vir olu­nur.

Ha­cı Qəm­bər­dən fərq­li ola­raq, qan­lı qo­yun də­ri­si sat­maq­dan tən­gə gə­lən Ha­cı Fə­rəc hu­ma­nizm, qo­hu­ma mə­həb­bət, qay­ğı­­keş­lik ki­mi nə­cib əməl­lə­rin pər­də­si al­tın­da hiy­lə iş­lət­mək­lə müf­tə sər­və­tə na­il ol­maq is­tə­yir. Dra­ma­turq maa­rif­çi idea­lın köh­nə­ni in­kar, ye­ni­ni təs­diq mə­ra­mı­nı Ha­cı Fə­rəc və Mah­mud bəy qar­şı­dur­ma­sı fo­nun­da ifa­də edir.

N.Və­zi­ro­vun dörd məc­lis­dən iba­rət “Pə­hləva­­nani-zə­ma­nə” əsə­ri ədə­biy­ya­tı­mı­zın ta­ri­xi­ndə neft möv­zu­sun­da ya­zıl­mış ilk əsər­dir. “Ko­me­di­ya­nın son sə­hi­fə­sin­də mü­əl­li­fin bir qey­din­dən onun 1900-cu il yan­va­rın 6-da ya­zı­lıb ta­mam ol­du­ğu mə­lum olur. Əsər hə­min il­də Ba­kı­da “Təs­ni­fa­ti-Nə­cəf bəy Və­zir­za­də” ki­ta­bın­da nəşr edil­miş­dir. Hə­min ki­tab­da bu əsər sı­ra tər­ti­bi ilə bi­rin­ci ola­raq get­miş­dir.

N.Və­zi­rov “Pəh­lə­va­nani-zə­ma­nə” ko­me­di­ya­sı ilə ədə­biy­ya­ta avam kənd­li küt­lə­si­ni var­lan­maq eh­ti­ras­la­rı­nın qur­ba­nı edən və bu­nun­la cə­miy­yət­də ic­ti­mai bə­la­ya çev­ri­lən də­lə­duz zi­ya­lı­la­rın ob­ra­zı­nı gə­tir­di. Ya­zı­çı bu­nun­la maa­rif­­çi­ il­lü­zi­ya­la­ra ağır zər­bə en­dir­di. Əv­vəl­ki ko­me­di­ya­la­rın­dan fərq­li ola­raq “Pəh­lə­va­nani-zə­ma­nə”də ya­zı­çı idea­lı­nın da­şı­yı­cı­sı, fi­kir­lə­ri­nin ru­po­ru­na çev­ri­lən if­şa­çı və nə­si­hət­çi ob­raz­lar yox­dur. Ədib bi­tə­rəf möv­qe­də du­rur, ide­ya an­caq təs­vir edi­lən ha­di­sə­lə­rin məz­mu­nun­dan do­ğur. Əsər­də maa­rif­çi ədə­biy­ya­tın tər­kib his­sə­si­ni təş­kil edən di­dak­tizm ele­ment­lə­ri də nə­zə­rə çar­pa­caq də­rə­cə­də zə­if­dir. Mü­əl­lif ha­di­sə­lə­rin təs­vi­rin­də da­ha çox tünd qa­ra bo­ya­lar­dan is­ti­fa­də edir və bü­tün mü­hi­ti tut­qun fon­da təs­vir edir. O, bu­nun­la cə­miy­yə­tin baş­dan-ba­şa çü­rü­dü­yü­nü nü­ma­yiş et­di­rir, onun əsas­la­rı­nı sar­sı­da­raq ya­şa­ma­ğa qa­dir ol­ma­dı­ğı­nı gös­tə­rir­di. Bü­tün bun­lar N.Və­zi­ro­vun ədə­bi me­to­dun­da ye­ni key­fiy­yət­lə­rin ya­ran­ma­sın­dan xə­bər ve­rir­di. Ona gö­rə “Pəh­lə­va­nani-zə­ma­nə”ni N.Və­zi­rov ya­ra­dı­­cı­lı­ğın­da maa­rif­çi rea­lizm­dən tən­qi­di rea­liz­mə ke­çid he­sab et­mək olar.

N.Və­zi­rov bu əsər­də zülm və is­tis­mar üzə­rin­də qu­rul­muş cə­miy­yə­tin is­lah edi­lib də­yiş­di­ril­mə­si və və­tən­daş­la­rın hü­qu­qu­nu tə­min edən ye­ni bir ida­rə üsu­lu­nun ya­ra­dıl­ma­sı ide­ya­sı­nı irə­li sü­rür. “Pəh­lə­va­na­ni-zə­ma­nə” ilə N.Və­zi­ro­vun ko­me­di­ya ya­ra­dı­cı­lı­ğı özü­nün yük­sək zir­və­si­nə ça­tır.

N.Və­zi­rov ic­ti­mai hə­yat­da baş ve­rən mü­rək­kəb pro­ses­lə­ri mü­şa­hi­də edib ma­hir ya­zı­çı gö­zü ilə gör­müş, on­la­rın ma­hiy­yə­ti­ni dərk edib sə­nət­kar ki­mi ya­ra­dı­cı­lıq süz­gə­cin­dən ke­çir­miş, ye­ni­lik­lə köh­nə­lik ara­­sın­da baş­la­nan konf­lik­tin əks sə­da­sı­nı ədə­biy­ya­ta gə­ti­rə­rək “Mü­­si­­bə­ti-Fəx­rəd­din” fa­ciə­si­ni ya­rat­mış­dır. “Əsə­rin möv­zu­su­nu mü­əl­lif hə­lə Di­li­can­da me­şə­bə­yi və­zi­fə­sin­də ol­du­ğu za­man dü­şün­müş, əsər isə 1896-cı il­də Ba­kı­da ya­zıl­mış­dır.  Bu­nun­la da N.Və­zi­rov Azər­bay­can ədə­biy­ya­tın­da fa­ciə jan­rı­nın ba­ni­si ol­maq şə­rə­fi­ni qa­zan­mış­dır.

“Mü­si­bə­ti-Fəx­rəd­din” ilk də­fə so­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də ay­rı­ca ki­tab­ça şək­lin­də və 1935-ci il­də Nə­cəf bəy Və­zi­ro­vun kül­liy­ya­tın­da çıx­mış, son­ra­lar “Ədə­biy­yat mün­tə­xə­bat”la­rın­da nəşr edil­miş­dir.

Al­tı məc­lis­dən ibarət olan “Mü­si­bə­ti-Fəx­rəd­din” fa­ciə­si­nin möv­zu­su XIX əs­rin 70-ci il­lə­ri­nin axır­la­rın­da Azər­bay­can­da cə­ha­lət və na­dan­lıq du­ma­nı­nın sey­rəl­mə­yə, üfüq­də maa­rif şə­fə­qi­nin gö­rün­mə­yə baş­la­dı­ğı mü­rək­kəb bir mər­hə­lə­də hu­ma­nizm, azad­lıq, dost­luq ide­ya­la­rı­nı, bir­gə ya­şa­yış qay­­da­la­rı­nı xalq hə­ya­tı­na tət­biq edən, bu yol­la cə­miy­yə­tin si­ma­sı­nı də­yi­şib mə­də­ni dün­­ya­nın tə­məl daş­la­rı­nı qo­yan zi­ya­lı­la­rın mü­ba­ri­zə­sin­dən gö­tü­rül­müş­­dür.

Dra­ma­turq jan­rın tə­ləb və spe­si­fi­ka­sın­dan irə­li gə­lə­rək, “Mü­si­bə­ti-Fəx­rəd­din”də cə­miy­yə­tin ölən və do­ğu­lan tə­bə­qə­si­nin toq­quş­ma­sın­dan yaranan tra­giz­mi əks edən ob­raz­la­rın zən­gin qa­­le­re­ya­sı­nı ya­rat­mış­dır. Rüs­təm bəy, Fəx­rəd­din bəy, Mə­lək xa­nım, Şah­mar bəy, Ca­­han­gir bəy, Əh­məd, Mah­mud bəy, Səa­dət xa­nım, Gül­ba­har, Hü­rü nə­nə və b. hə­yat­dan gö­tü­rül­müş, ya­zı­çı tə­rə­fin­dən mə­ha­rət­lə ümu­mi­ləş­di­ril­miş və fər­di­ləş­di­ril­miş ob­raz­lar­dır.

XIX əs­rin so­nu, XX əs­rin əv­və­lin­də Azər­­bay­can hə­ya­tı­nın mən­zə­rə­si əl­van və rən­ga­rəng idi. N.Və­zi­ro­vun diq­qə­ti­ni onun ko­mik və tra­gik tə­za­hür­lə­ri ilə ya­na­şı, cid­di və gər­gin tə­rəf­lə­ri də cəlb edir, cə­miy­yət­də in­san­lar ara­sın­da mü­na­si­bət­lə­rin dra­ma­tiz­mi­nin təs­vi­ri­nə də yer ayı­rır­dı. Bu ba­xım­dan “Nə əkər­sən, onu bi­çər­sən” (1911), “Keç­miş­də qa­çaq­lar” (1912), “Tə­zə əs­rin ib­ti­da­sı” dram­la­rı diq­qə­ti cəlb edir. “Keç­miş­də qa­çaq­lar” ya­zı­çı­nın di­gər əsər­lə­­rin­­dən nə­in­ki janr, ey­ni za­man­da işıq­lı hə­yat səh­nə­lə­ri, nik­bin, mü­ba­riz əh­­val-ru­hiy­yə­li ob­raz­la­rın üs­tün­lük təş­kil et­mə­si ilə də se­çi­lir­di.

Dörd pər­də­dən iba­rət “Keç­miş­də qa­çaq­lar” dra­mı 1912-ci il­də ya­zıl­mış və 1914-cü il­də Qaf­qaz Ca­ni­şin­li­yi­nin sen­zu­ra­sı tə­rə­fin­dən oy­nan­ma­sı­na ica­zə ve­ril­miş­dir. Əsər ilk də­fə Nə­cəf bəy Və­zi­ro­vun 1935-ci il­də çap­dan çıx­mış kül­liy­ya­tın­da nəşr edil­miş­dir. Əsə­rin möv­zu­su XIX əs­rin 80-ci il­lə­rin­də Azər­bay­can­da ge­niş ya­yı­lan, xalq küt­lə­si­nin ça­riz­min bü­rok­ra­tik ida­rə üsu­lun­dan na­ra­zı­lı­ğı­nı ifa­də edən qa­çaq hə­rə­ka­tın­dan gö­tü­rül­müş­dür.

“Keç­miş­də qa­çaq­lar” dra­mın­da per­so­naj­lar kəs­kin su­rət­də mən­fi və müs­bət qütb­lə­rə bö­lü­nür­lər. Sü­jet xət­ti­nin bi­rin­ci tə­rə­fin­də ic­ti­mai mü­hi­tin for­ma­laş­dır­­dı­ğı adam­lar: qə­za rəi­si İvan bəy Sər­da­rov, İs­ma­yıl bəy, İb­ra­him bəy və İs­gən­dər, di­gər tə­rə­fin­də tə­biə­tin do­ğur­du­ğu və qoy­nun­da ye­tiş­dir­di­yi Ca­mal bəy, Pir­ver­di, Ha­cı Qur­ban, Zin­yət xa­nım, Səa­dət xa­nım və b. da­ya­nır. Əsə­rin dra­ma­tik konf­lik­ti də kə­sif cə­miy­yət və tə­miz tə­biə­tin ye­tir­mə­lə­ri ara­sın­da mü­na­qi­şə üzə­rin­də qu­rul­muş­dur.

1911-ci ilin 6 ap­re­lin­də ta­mam­la­nan, 1914-cü il 12 fev­ral­da oy­nan­ma­sı­na ica­zə ve­ri­lən, ilk də­fə 1935-ci il­də Nə­cəf bəy Və­zi­ro­vun kül­liy­ya­tın­da nəşr olu­nan dörd məc­li­si “Nə əkər­sən, onu bi­çər­sən” dra­mı “Keç­miş­də qa­çaq­lar”dan fərq­li ola­raq möv­zu və ide­ya ba­xı­mın­dan dra­ma­tur­qun ko­me­di­ya­la­rı ilə müş­tə­rək­dir. Bu­ra­da “Ev tər­bi­yə­si­nin bir şək­li”, “Son­­ra­kı peş­man­çı­lıq fay­da ver­məz”, “Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük” və s. əsər­lə­rin ay­rı-ay­rı mo­tiv­lə­ri­ni və epi­zod­la­rı­nı, baş­lı­ca ola­raq ide­ya­sı­nı ya­da sa­lan mə­qam­lar var­dır. San­ki ya­zı­çı mül­kə­dar və ta­cir hə­ya­tı­nın eyib və rə­za­lət­lə­ri­nin tən­qi­di­nə həsr olun­muş ko­me­di­ya­la­rın­da qoy­du­ğu so­si­al-əx­la­qi prob­lem­lə­ri “Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da ye­kun­laş­dır­­mış, əmə­yin, ha­lal zəh­mə­tin tən­tə­nə­si­ni təs­vir et­mək­lə, tü­fey­li cə­miy­yə­tə böh­ran­lı və­ziy­yət­dən qur­tu­luş yo­lu­nu gös­tər­miş­dir.

“Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da bur­jua ta­cir hə­ya­tı mül­kə­dar-bəy sil­ki­nin nü­ma­yən­də­lə­ri­nin təs­vi­ri ilə pa­ra­lel ve­ri­lir. Vax­ti­lə N.Və­zi­rov ko­me­di­ya­­la­rın­­da kəs­kin tən­qid hə­də­fi­nə çe­vir­di­yi mül­kə­dar mü­hi­ti, onun na­dan və ye­kə­baş ye­tir­mə­lə­ri “Nə əkər­sən, onu bi­çər­sən” dra­mın­da nə­in­ki müs­bət plan­da ve­ril­miş, hət­ta poz­ğun ti­ca­rət dün­ya­sı­na qar­şı qo­yul­muş­dur. N.Və­zi­rov ka­pi­ta­liz­min gə­li­şi ilə sar­sı­lan mül­kə­dar hə­ya­tın­da dir­­çə­liş uğ­run­da ge­dən pro­ses­lə­ri diq­qət­lə iz­lə­miş, Bay­ra­mə­li bə­yin Səf­dər­qu­lu və Rə­su­lu (“Ev tər­bi­yə­si­nin bir şək­li”), Cən­nə­tə­li ağa­nın Hey­dər­qu­lu­nu (“Adı var, özü yox”) oxut­maq cəhd­lə­ri­nin za­man keç­dik­cə baş tut­ma­sı­nı Fəx­rəd­din bə­yin (“Mü­si­bə­ti-Fəx­rəd­din”), Əş­rəf bə­yin (“Ya­ğış­dan çıx­dıq, yağ­mu­ra düş­dük”) ar­zu və əməl­lə­ri­nin hə­ya­ta keç­mə­si­ni mü­şa­hi­də et­miş, bəy, xan mü­hi­tin­də ti­pik ha­di­sə­yə çev­ril­miş in­san­la­rın ob­ra­zı­nı Nu­rəd­din ağa, Göv­hər xa­nım, İs­ma­yıl bəy si­ma­sın­da ümu­mi­ləş­dir­miş­dir.

N.Və­zi­ro­vun dra­ma­tur­gi­ya­sın­da so­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də yaz­dı­ğı dö­rd məc­lis­dən iba­rət, ilk də­fə 1935-ci il­də ədi­bin kül­liy­ya­tın­da nəşr olunan “Tə­zə əs­rin ib­ti­da­sı” dra­mı xü­su­si və müs­tə­qil mər­hə­lə təş­kil edir. Ya­ra­dı­cı­lı­ğın­da ar­dı­cıl su­rət­də bur­jua-ka­pi­ta­list və mül­kə­dar cə­miy­yə­ti­nin rə­za­lət­lə­ri­ni, qə­ba­hət­lə­ri­ni yük­sək və­tən­daş­lıq cə­sa­rə­ti­lə aman­sız su­rət­də tən­qid edən, işı­ğa, azad­lı­ğa can atan mü­tə­rəq­qi qüv­və­lə­rin, “ağıl­dan bə­la” çə­kən­lə­rin məh­ru­miy­yət və fa­ciə­lə­ri­ni gös­tə­rən dra­ma­turq, “Tə­zə əs­rin ib­ti­da­sı”nda ilk də­fə hə­ya­tın işıq­lı səh­nə­lə­ri­ni, bö­yük ar­zu­lar­la ya­şa­yan, amal­la­rı uğ­run­da mü­ba­­ri­zə apa­ran və on­la­rı əzm­lə hə­ya­ta ke­çi­rən in­san­la­rın ob­ra­zı­nı ya­rat­mış­dır.

N.Və­zi­ro­vun dra­ma­tur­ji ya­ra­dı­cı­lı­ğın­da bir tər­cü­mə (“İvan Qroz­nı­nın ölü­mü”) və iki təb­dil (“Ağa Kə­rim­ xan Ər­də­bi­li” (1908) və “Də­lə­duz”) var­dır. Rus ya­zı­çı­sı A.K.Tols­to­yun “İvan Qroz­nı­nın ölü­mü” fa­ciə­si­nin tər­cü­mə­si mü­tər­ci­min səy­lə­ri­nə bax­ma­ya­raq çap olun­ma­mış, əl­yaz­ma­sı it­miş­dir. “Ağa Kə­rim xan Ər­də­bi­li” məş­hur fran­sız dra­ma­tur­qu J.B.Mol­ye­rin “Xə­sis” əsə­rin­dən, “Də­lə­duz” isə na­mə­lum in­gi­lis mü­əl­li­fin­dən təb­dil edil­miş­dir. Hər iki ko­me­di­ya­da N.Və­zi­rov ha­di­sə­lə­ri Av­ro­pa mü­hi­tin­dən Azər­bay­ca­na kö­çür­müş, per­so­naj­la­rın ad­la­rı­nı də­yi­şib on­la­ra mil­li ko­lo­rit və sə­ciy­yə aşı­la­mış və bu yol­la yer­li mü­səl­man məi­şə­ti­nin qü­sur­la­rı­nı tən­qid et­miş­dir.

Dra­ma­tur­gi­ya ilə ya­na­şı, ya­ra­dı­cı­lı­ğı­nın bi­rin­ci döv­rün­də dram əsər­lə­ri yaz­maq­la bə­ra­bər bə­dii nəsr­lə məş­ğul olan, Mosk­va­da təh­sil alar­kən “Ağı­çı” (1875), “Mə­nim va­qi­əm” (1876), me­şə­bə­yi və­zi­fə­sin­də ça­lı­şar­kən “Paho?” (1884) he­ka­yə­lə­ri­ni ya­zan N.Və­zi­ro­vun bö­yük əhə­miy­yət ver­di­yi və vax­ta­şı­rı məş­ğul ol­du­ğu di­gər ya­ra­dı­cı­lıq sa­hə­si pub­li­sis­ti­ka idi. Ya­zı­çı pub­li­sis­ti­ka ilə ədə­bi fəa­liy­yə­ti­nin iki mər­hə­lə­sin­də: XIX əs­rin 70-ci il­lə­rin­də, ic­ti­mai is­la­hat­lar uğ­run­da mü­ba­ri­zə ge­niş­lə­nib, “Əkin­çi” qə­ze­ti nəşr olu­nar­kən və XX əs­rin əv­və­lin­də öl­kə­də mil­li azad­lıq hə­rə­ka­tı çi­çək­lə­nib döv­ri mət­bu­at gur inki­şaf yo­lu­na dü­şər­kən, in­qi­lab və ir­ti­ca il­lə­rin­də məş­ğul ol­muş­dur. Bu müx­tə­lif vaxt kə­sik­lə­ri­nin Azər­bay­can ta­ri­xin­də mü­hüm mər­hə­lə təş­kil et­di­yi­ni və gər­gin si­ya­si ha­di­sə­lə­rin aram­sız cə­rə­yan et­di­yi mü­rək­kəb dövr­də zə­ma­nə­nin or­ta­ya çı­xar­dı­ğı prob­lem­lə­rə açıq və çe­vik ya­zı­çı mü­na­si­bə­ti­nin zə­ru­ri ol­du­ğu­nu nə­zə­rə al­saq, N.Və­zi­ro­vun pub­li­sis­ti­­ka­ya mü­ra­ci­ət et­mə­si­nin sə­bə­bi, ümu­miy­yət­lə, və­tən­daş­lıq qa­yə­si ay­dın­la­şar. Bu pub­li­sis­ti­ka bir-bi­rin­dən fərq­li mər­hə­lə­lər­də ya­ran­dı­ğı ki­mi, möv­zu, mün­də­ri­cə, prob­lem, janr, üs­lub rən­ga­rəng­li­yi cə­hət­dən də əsas­lı şə­kil­də se­çi­lir­di. Ədi­bin fəa­liy­yə­ti­nin bi­rin­ci, 70-ci il­lər mər­hə­lə­si üçün ic­ti­mai pub­li­sis­ti­ka – mə­qa­lə, ikin­ci mər­hə­lə­si üçün bə­dii pub­li­sis­ti­ka – fel­ye­ton, sa­ti­rik mi­nia­tür jan­rı sə­ciy­yə­vi­dir. La­kin ay­rı-ay­rı ta­ri­xi mər­hə­lə­lər­də, müx­tə­lif janr­lar­da ya­zıl­ma­sı­na bax­ma­ya­raq bu əsər­lə­ri müş­tə­rək cə­hət­lər – ak­tu­al­lıq, də­rin ic­ti­mai mün­də­ri­cə, kəs­kin tən­qi­di pa­fos, sa­ti­rik if­şa, hə­yat fak­tı­na açıq ten­den­si­ya­lı mü­na­si­bət, ay­dın və­tən­daş­lıq möv­qe­yi bir­ləş­di­­rir. N.Və­zi­ro­vun mə­qa­lə və fel­ye­ton­la­rı Azər­bay­can ta­ri­xi­nin is­la­hat­lar və in­qi­lab­lar mər­hə­lə­sin­də ya­ran­sa da, cə­miy­yə­ti maa­rif­çi­lik me­tod­la­rı əsa­sın­da tə­ka­mül yo­lu ilə də­yiş­mək ide­ya­sı on­la­rın əsas məf­ku­rə­vi məğ­zi­ni təş­kil edir­di.

N.Və­zi­rov pub­li­sis­ti­ka­sı­nın bi­rin­ci – 70-ci il­lər mər­hə­lə­si “Əkin­çi” qə­ze­­ti­nin ide­ya is­ti­qa­mə­ti, müa­sir el­mi bi­lik­lə­ri, de­mok­ra­tik fi­kir­lə­ri yay­maq­la əha­li­nin dü­şün­cə tər­zi­nə ye­ni­lik gə­tir­mək məq­səd və mə­ra­mı ilə üz­vi şə­kil­də bağ­lı idi. Bu­ra­dan irə­li gə­lə­rək Azər­bay­can cə­miy­yə­ti­ni is­lah edib, onu dü­çar ol­du­ğu elm­siz­lik və na­dan­lıq mə­rə­zin­dən, si­ya­si süst­lük­dən, və­tən­daş bi­ga­nə­li­yin­dən, iq­ti­sa­di tə­nəz­zül­dən, mə­də­ni ge­ri­lik­dən qur­ta­rıb, müa­sir in­ki­şa­fın axı­nı­na qoş­maq meyili on­la­rın leyt­mo­ti­vi­ni təş­­kil edir­di.

N.Və­zi­ro­vun “Əkin­çi” qə­ze­ti ilə əmək­daş­lı­ğı qə­ze­tin 18 de­kabr 1875-ci il ta­rix­li 11-ci nöm­rə­sin­dən baş­lan­mış, 1 sent­yabr 1877-ci il ta­rix­li 18-ci nöm­rə­si­nə qə­dər da­vam et­miş­dir. Mü­əl­li­fin qə­ze­tin sə­hi­fə­lə­rin­də “Nə­cəf Və­zir­za­də”, “Nə­cəf”, “N.V.”, “Ha­ray­çı qar­daş” im­za­la­rı ilə sək­kiz mə­qa­lə­si dərc olun­muş­dur. Mə­qa­lə­lər­dən bi­ri “Əkin və zi­ra­ət xə­bər­lə­ri”, bi­ri “Elm xə­bər­lə­ri”, qa­lan­la­rı isə “Mək­tu­bat” şö­bə­sin­də çap edil­miş­dir.

N.Və­zi­ro­vun “Əkin­çi” döv­ri pub­li­sis­ti­ka­sın­da vur­ğu bir qay­da ola­­raq or­ta əsr­lər­dən qal­ma tə­si­sat­la­rın tən­qi­di və də­yiş­di­ri­lib ye­ni­si ilə əvəz olun­ma­sı mə­­sə­­lə­si üzə­ri­nə dü­şür. Ya­zı­çı və­tən qar­daş­la­rı­nın diq­qə­ti­ni tə­bəd­dü­la­ta üz qo­yan dün­ya­nın öz gə­li­şi ilə gə­tir­di­yi ye­ni mü­tə­rəq­qi əla­qə for­ma­la­rı­na, əs­ki qa­nun­la­rın bu­xo­vun­dan xi­las ola bil­mə­yən in­san­la­rın ta­le­yi üçün ya­ran­mış re­al təh­lü­kə­yə cəlb edir­di.

N.Və­­zi­­rov pub­­li­­sis­­ti­­ka­­sı­­nın XX əs­­rin əv­­və­­li­nə dü­­şən mər­­hə­­lə­si isə ədə­­biy­­ya­­tı­­mız­­da sö­­zün hə­­qi­qi mə­­na­­sın­­da ori­­ji­­nal ya­­ra­­dı­­cı­­lıq ak­­tı­­dır. Tək­­cə ona gö­rə yox ki, ədib mil­­li ədə­bi for­­ma­­la­­rın da­i­­rə­­si­nə sa­­ti­­rik mi­ni­a­­tür fel­­ye­­ton jan­­rı­nı gə­­tir­­di, bir də ona gö­rə ki, o, “Ba­­la­ca mü­­tə­­fər­­ri­­qə­­lər” ümu­mi baş­­lı­ğı al­­tın­­da yaz­­dı­ğı sil­­si­lə va­­si­­tə­­si­lə tə­­la­­tü­mə gə­­lib sü­­rət­­lə də­­yi­­şən zə­­ma­­nə­­nin mü­­rək­­kəb ha­­di­­sə­­lə­­ri­nə mü­­da­­xi­lə et­­mə­­yin, bur­­jua-ka­­pi­­ta­­list cə­­miy­­yə­­ti­­nin müx­­tə­­lif tip­­li rə­­za­­lət­­lə­­ri­ni aş­­ka­ra çı­­xa­­rıb riş­­xənd, is­­teh­­za hə­­də­­fi­nə çe­­vir­­mə­­yin ori­­ji­­nal ifa­də tər­­zi­ni kəşf et­­di. Bu­­nun­­la da ya­­zı­çı Bi­­rin­­ci rus in­­qi­­la­bı il­­lə­­rin­­də və son­­ra fel­­ye­­ton­­çu­­lu­ğu özü­nə ya­­ra­­dı­­cı­­lıq yo­lu se­­çən C.Məm­­­məd­­qu­­lu­­za­də, N.Nə­­ri­­ma­­nov, Ü.Ha­­cı­­bə­y­li və b. sə­­nət­­kar­­la­­rın sə­­lə­fi ol­­du.

N.Və­zi­ro­vun fel­ye­ton­la­rı 1905-1919-cu il­lər ara­sın­da “Hə­yat”, “İr­şad”, “Tə­rəq­qi”, “Tə­zə hə­yat”, “Ye­ni İr­şad”, “Sə­da­yi-həqq”, “Açıq söz”, “İt­ti­had” qə­zet­lə­rin­də, “Mi­rat” və “El hə­ya­tı” jur­nal­la­rın­da “Ba­la­ca mü­tə­fər­­ri­qə­lər” ümu­mi baş­lı­ğı al­tın­da “Dər­viş” im­za­sı ilə dərc olun­muş­dur. La­kin “Dər­viş” mü­əl­li­fin tək­cə üs­tü­ör­tü­lü ün­va­nı de­yil. O həm də təh­ki­yə­çi ob­raz­dır. Dər­viş, ya­xud Ağa Dər­viş fel­ye­ton­lar­da təs­vir olu­nan əh­va­lat­la­rın mər­kə­zin­də du­rur. Bu mə­na­da o, “Ba­la­ca mü­tə­­fər­ri­­qə­lər” sil­si­lə­si­nin əsas qəh­rə­ma­nı­dır. Ya­zı­çı onun pro­to­ti­pi idi. Ağa Dər­vi­şin si­ma­sın­da mü­əl­lif özü də da­xil ol­maq­la əs­rin qa­baq­cıl adam­la­rı­nın, mil­lət yo­lun­da fə­da­kar­lıq gös­tə­rən qə­ləm əh­li­nin, sı­ra­vi mü­ca­hid­lə­rin ən yax­şı sə­ciy­yə­vi key­fiy­yət­lə­ri­ni ümu­mi­­ləş­­dir­­miş­di.

“Ba­la­ca mü­tə­fər­ri­qə­lər”də XX əs­rin baş­lan­ğı­cın­da Azər­bay­can hə­ya­tı­nın bü­tün xəs­tə tə­rəf­­lə­ri, cə­miy­yə­ti çü­rü­dən “müf­sid hə­şə­rat­lar” mə­ha­rət­lə ni­şan ve­ril­miş, us­ta­lıq­la if­şa edil­miş­dir. La­kin bun­lar­la ya­na­şı de­mək la­zım­dır ki, “Ba­la­ca mü­tə­fər­ri­qə­lər” fel­ye­ton­lar sil­si­lə­si­nin pa­fo­su yal­nız tən­­qid və if­şa­dan iba­rət de­yil. Ya­zı­çı əmin idi ki, ca­maa­tı­mız heç vaxt avam de­­yil. An­caq bi­zi kə­sa­lət ba­sıb.

O, cə­miy­yə­ti kə­sa­lət­dən qur­tar­maq uğ­run­da mü­­ba­­ri­zə apa­ran işıq­lı qüv­və­lə­ri, Bi­rin­ci Döv­lət Du­ma­sı­na ge­dən de­pu­tat­la­rı, hə­yə­ca­na gə­lib İran is­tib­da­dı­na qar­şı vu­ru­şan Təb­riz əh­li­ni, “na­dan­lıq­dan, cə­ha­lət­dən” ya­zan “bi­ça­rə mü­hər­rir­lə­ri” də gör­müş və mə­həb­bət­lə təs­vir et­miş­dir. O, be­lə­lə­ri­nin qüv­və­si və əməl­lə­ri ilə xal­qın qü­sur­la­rı­nın is­lah olu­nub maa­rif­lən­miş azad bir cə­miy­yə­tin qu­ru­la­ca­ğı­na ina­nır­dı.

Bü­tün bun­lar köh­nə dün­ya­nın xa­ra­ba­lıq­la­rı üzə­rin­də de­mok­ra­tik cə­miy­yət qur­maq uğ­run­da mü­ba­ri­zə apa­ran və onun qə­rar tut­ma­sı­na də­rin­dən ina­nan ya­zı­çı­nın idea­lı idi.

İslam QƏRİBLİ,

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor

SİZƏ MARAQLI OLA BİLƏR