Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Çingiz Aytmatov - 95” mövzusunda panel - II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

11-06-2023 [ 15:12 ] [ oxunub:382 ]
printerA+ | A-
103519

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Çingiz Aytmatov - 95 mövzusunda panel təşkil edilib. Panel AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı əsasında baş tutub. Tədbirdə Qırğızıstandan gəlmiş qonaqlar Manas Universitetinin Türkoloji bölümünün rəhbəri, Professor Burul Sayinbayeva və Şair Altinbek İsmailov da iştirak ediblər.

Paneldə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Çingiz Aytmatov haqqında dissertasiya yazmış Mehman Həsənli məruzə edərək yazıç ının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Çingiz Aytmatov dünyada əsərləri 150 dilə tərcümə olunmuş çox nadir yazıçılardan biridir. Əlavə edib ki, bu tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” əsrindən bir parçanın nümayishi də olunacaq.

Ədəbiyyat İnstitutunun magistrı Nəzrin Əliyeva çıxış edərək Qırğız-Azərbaycan nəsrindəki paralellikdən danışıb.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi