Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub

19-02-2020 [ 11:21 ] [ oxunub:40 ]
printerA+ | A-
99686

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

Jurnalın ilk səhifəsində AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” məqaləsi yer alıb. Bu nömrədə “Azərbaycan-Qərb ədəbi əlaqələri”, “Azərbaycan-türk dünyası ədəbi əlaqələri”, “Azərbaycan-slavyan ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı”, “Şərq xalqları ilə ədəbi əlaqələr” və “Resenziya” bölümlərində müxtəlif elmi məqalələr təqdim olunub. Jurnalda Azərbaycan dili ilə yanaşı, türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri də əksini tapıb. 

Qeyd edək ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb. Jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktorun müavinləri filologiya üzrə elmlər doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Nəşrin məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

SİZƏ MARAQLI OLA BİLƏR