Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Ədəbi portretlər (özbək şair və yaziçilari haqqinda məqalə­lər)

09-06-2023 [ 13:54 ] [ oxunub:464 ]
printerA+ | A-
103511

2023-cü ildə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin qərarı, filologiya elm­lə­ri doktoru Almaz Ülvi Binnətovanın  redaktorluğu ilə “Ədəbi portretlər (özbək şair və yazıçıları haq­qında məqalə­lər)” adlı kitab çap olundu. Kitabda Özbəkistan Respublikası Prezidentinin sərən­ca­mı ilə 2022-ci ildə yubileyləri qeyd olunacaq görkəmli öz­bək şair və ya­zı­çı­ları haqqında məqalələr top­lan­mışdır. Elmi-nəzəri kon­tekstdə yazılmış bu təd­qiqatlar AMEA Nizami Gəncəvi adına Ədə­biy­yat İnstitutunun “Azər­baycan-Türkmənistan-Özbəkistan ədə­bi əlaqələr” şöbəsində ha­zırlanmışdır. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmlər doktoru, professor Yaşar Qasımbəyli,  filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacı, məsul katibi Şəbnəm Mirzəzadə, korrektoru Şahnaz Nəsiblidir. Ki­tab 150 səhifədən ibarətdir. Burada ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasının Pre­zi­den­ti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbbibəylinin, Öz­bə­kistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Bəh­ram B.Əşrəfxanovun giriş sözləri yer almışdır. Kitaba ön sözü fil.e.d. Almaz Ülvi yazmışdır. Almaz Ül­vi “Azərbaycan-özbək ədəbi  əlaqələri tarixindən” adlı ön sözdə Azərbaycanla Özbəkistanın uzun­müd­dətli ədəbi, mədəni və dostluq əlaqələrindən bəhs etmişdir. Müasir dövrdə davam edən bu ədəbi-mə­dəni əlaqələrin istiqamətləri, yolları aydınlaşdırılmışdır. Araşdırmalar şö­bə­nin və institutun  ta­nın­mış alim­lə­ri tərəfindən qələmə alınmışdır. Müxtəlif müəlliflər tərəfindən qələmə alınan məqalələr el­mi tədqiqat xarakteri daşıyır. Məqalələr Almaz Ülvi, Y.Qasımbəyli, Z.Allahverdiyeva, P.Məm­məd­li, N.İsmayılova,  M.Gəncəbəy,  Ş.Əliyeva, Ş. Mirzəzadə tərəfindən yazılmışdır. Kitaba daxil olun­muş klassik və müasir özbək şair və yazıçıları bunlardır: Nadira, Berdaq, Əbdülhəmid Çolpan, Os­man Nasir, Natan Mallayev, Suyimə Ğəniyeva, Xudaverdi Toxtabayev, Şərəf Osnatdinov, Hə­bib Sadulla, Aydın Hacıyeva, Məhəmməd Əli, Xurşid  Dövran.

Bu kitabın nəşri ədəbi əlaqələrimizin inkişafı üçün olduqca əhəmiyyətli işdir.

SİZƏ MARAQLI OLA BİLƏR