Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Salidə Şərifova. Eyvaz Borçalı yaradıcılığı: poeziya, ssenarilər, tərcümələr

29-05-2020 [ 13:13 ] [ oxunub:121 ]
printerA+ | A-
99983

Şair, tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvazov Ayvaz Məhəmməd oğlu) 5 may 1938-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olunmuş, Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsinə keçirilmişdir. Eyvaz Borçalı yalnız şairlik və tərcüməçiliklə məşğul olmamış, xalqın ictimai-sosial həyatında da yaxından iştirak etmişdir.  “Dünya, məni tərkinə al” (1983), “Dünyanın tərkində” (1986), “Durnalı göylər” (1991), “Boylandığım pəncərə” (2019) və digər kitabların müəllifidir...

  https://literature.az/raAdmin/uploads/files/2020/05/29/22/e0c2c6714e9470ece71a413ec0b50d14.pdf